
Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, qəza rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.
Nəticədə avtomobildə olan 4 nəfər hadisə yerindəcə həyatını itirib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.