
Kriştiano Ronaldo milli komandaların bombardiri siyahısında Lionel Messini üstələyib.
AVESTA.AZ xəbər verir ki, 40 yaşlı portuqaliyalı ötən gecə Portuqaliya millisinin heyətində 137-ci qolunu vurub.
Messinin isə Argentina millisində vurduğu qolların sayı 112-dir.
Milli komandaların bombardiri reytinqində idmançılar müvafiq olaraq birinci və ikinci yerləri bölüşürlər.
Xatırladaq ki, 2025-ci il Millətlər Liqasının yarımfinal mərhələsinin ilk oyununda Portuqaliya millisi Almaniyaya qalib gəlib. Münhendə "Allianz Arena"da keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. 48-ci dəqiqədə almaniyalı Florian Virtz hesabı açıb. 15 dəqiqə sonra Çiko Konseysao hesabı bərabərləşdirib, 5 dəqiqə sonra isə Kriştiano Ronaldo Portuqaliyanı hesabda irəli çıxarıb.
Qeyd edək ki, Portuqaliya finalda İspaniya - Fransa matçının qalibi ilə oynayacaq. Bu komandalar iyunun 5-də üz-üzə gələcək.Turnirin həlledici oyunu iyunun 8-də baş tutacaq.
Həmin gün Almaniya üçüncü yer uğrunda mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.