
"Neftçi" yeni mövsüm üçün ilk futbolçu transferini rəsmiləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda "ağ-qaralar" keçib.
29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Fransanın Bordo şəhərində anadan olan Sessi D"Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü "Apollon Limassol"da (Kipr) keçirib.34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.