6-06-2025, 15:48 427

Üç illik cəzalandırılan azərbaycanlı boksçu:

Azərbaycan boksçusu Məsud Yusifzadə antidopinq qaydalarını pozduğu üçün 36 aylıq diskvalifikasiya edilməsinə münasibət bildirib.

AVESTA.AZ xəbər verir ki, o bu barədə report-a açıqlama verib.

Boksçu əvvəllər heç vaxt dopinqlə bağlı problem yaşamadığını vurğulayıb:

"6 yaşımdan boksla məşğul oluram, ömrümü bu idmana həsr etmişəm. İndiyə qədər Azərbaycan çempionatlarında uduzmamışam. 10 qat ölkə çempionuyam. Avropa, həmçinin dünya çempionatının qalibi və mükafatçısıyam. "İdman ustası" fəxri adına layiq görülmüşəm. Hər il Azərbaycan çempionatının finalından sonra dopinq yoxlanışı aparılır. Hətta elə olub ki, bir ay ərzində 3 dəfə evə gəlib məndən analiz götürüblər. Heç vaxt dopinqlə bağlı problem yaşamamışam. Ölkədən kənarda çıxış edəndə də Beynəlxalq Antidopinq Agentliyi (WADA) tərəfindən məndən dopinq testləri götürülüb və nəticələr normal olub. İndi belə qərar çıxarılması nə dərəcədə ədalətlidir?"

O, yarış zamanı ciddi zədələndiyi üçün test nümunəsi vermədən birbaşa xəstəxanaya yollandığını və bu səbəbdən sanksiya ilə üzləşdiyini bildirib:

"Azərbaycan birinciliyinin yarımfinalında qaşımdan ciddi zədə almışdım. Final döyüşünə keyləşdirici dərman vurub çıxmışdım. İkinci raunddan sonra məşqçimdən öyrəndim ki, xalı rəqibimə veriblər. Bu səbəbdən etiraz etdim və döyüşü yarımçıq saxladım. Üstəlik, zədələndiyim nahiyədən qan axırdı. Belə bir məqamda məni dopinq analizi götürmək üçün dəvət etdilər. Zədəmin ciddi olması səbəbindən test verməyə deyil, heç döyüş geyimimi dəyişmədən birbaşa xəstəxanaya yollandım. Yarama tikiş qoyub qanı dayandırdılar. Ertəsi gün sanksiya tətbiq edildiyini öyrəndim. Boks Federasiyasından heç kim danışmır. AMADA-nın ofisinə də getdim, hər şeyi anlatdım, amma faydası olmadı. Artıq məvacibimi də kəsiblər".

M.Yusifzadə cəzasının müddəti bitdikdən sonra yenidən boksa qayıtmaq niyyətində olduğunu söyləyib:

"Boksdan başqa heç nə bacarmıram. Yenidən qayıtmaq fikrindəyəm. 3 illik fasilədən sonra özümü hər kəsə sübut edib, ardından karyeramı bitirmək istəyirəm. Məşqləri hər gün davam etdirirəm. Məşq keçməyəndə sanki nəsə çatmadığını hiss edirəm, buna öyrəşmişəm".

Qeyd edək ki, M.Yusifzadə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 aylıq cəzalandırılıb.

Paylaş

Xəbər lenti

Dəyişkən hava sağlamlığa necə təsir edir? Bu gün, 00:48 Sabah bu rayonda işıq olmayacaq Dünən, 23:49 "Ceyms Uebb" teleskopu Finlandiya saunasının temperaturuna yaxın qaz nəhəngi aşkarlayıb Dünən, 23:48 Xromosomlar nədir və niyə vacibdir? Yəni orqanizmin genetik "təlimatı" necə işləyir? Dünən, 23:48 "Əsas problem əlaqənin kəsilməsidir" - Su basan kəndin sakinləri danışdılar Dünən, 22:48 Bakı-Tbilisi-Bakı qatarından kimlər pulsuz istifadə edəcəklər? - TƏFƏRRÜAT Dünən, 22:48 Hansı bürclər tez sıxılır? – Astroloqlar səbəbləri açıqladı Dünən, 22:48 Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib Dünən, 21:48 Qurbanlıq heyvan seçərkən nələrə diqqət edilməlidir? Dünən, 21:48 Sabah Bakının bir sıra ərazilərində qaz kəsiləcək Dünən, 21:48 Paytaxtda "Opel" markalı avtomobil yandı Dünən, 20:48 İranla razılaşma imzalanana qədər dəniz blokadası davam edəcək - Tramp Dünən, 20:48 Bakıda divar uçdu, avtomobillər əzildi Dünən, 20:48 Bəzi rayonlarda intensiv yağıntı müşahidə olunur - FAKTİKİ HAVA Dünən, 19:48 "Qarabağ" Zakira Savonu transfer edib Dünən, 19:48 SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb Dünən, 19:48 Azərbaycan güləşçisi Avropa çempionu oldu Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq Dünən, 18:48 "Karvan-Yevlax" son dəqiqələrdə qələbəni əldən verdi Dünən, 18:48 Şəhidlərin xatirəsi yad edilib Dünən, 18:48 Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI Dünən, 18:48 Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı Dünən, 18:48 ABŞ və İran arasında danışıq bu tarixdə olacaq Dünən, 17:48 WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir Dünən, 17:48 ABŞ və İran arasında yeni razılaşma: Hörmüz boğazı açılır? Dünən, 17:48 Kiyevə raket zərbələri: Sakinlər Baku TV-yə danışdılar Dünən, 17:48 Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı bəlli olub Dünən, 16:48 Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər Dünən, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq Dünən, 16:48 Bu yolda bərpa işlərinə başlanılıb Dünən, 16:48 Bakıda 22 yaşlı oğlan qəfil vəfat etdi Dünən, 16:48 Eboladan ölənlərin sayı 204-ə çatdı -Konqo Dünən, 16:48 Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir Dünən, 15:48 ABŞ və İran danışıqlarda irəliləyiş əldə edib - Rubio Dünən, 15:48 Qarabağ və Dilbaz atları Almaniyada xüsusi maraq doğurub Dünən, 15:48 Qvardiola gələcək planlarını açıqlayıb: "İstirahətə ehtiyacım var" Dünən, 14:48 "Rüya gibi"nin aktyoru yeni serialda Dünən, 14:48 "Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün RƏQİBLƏRİ Dünən, 14:48 Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib Dünən, 14:48 Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb Dünən, 13:48 Rusiya Kiyev vilayətini "Oreşnik"lərlə vurub Dünən, 13:48 II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib Dünən, 13:48 "Mançester Yunayted" yayda onları transfer etməyi planlaşdırır Dünən, 12:48 Bulvarda ölkənin ən böyük gözəllik festivalı yenidən keçirildi Dünən, 12:48 Rusiya vurulan təyyarəyə görə kompesasiyanı nə vaxt ödəyəcək? Dünən, 12:48 "Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsindəki potensial RƏQİBLƏRİ Dünən, 12:48 FAKTİKİ HAVA: Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb Dünən, 12:48 Naxçıvana uçuşlarda yaranan problemlər nə ilə bağlıdır? - AZAL prezidentindən Açıqlama Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR