
İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinə yeni rəis təyin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu vəzifə Anar Cəbrayıllıya həvalə edilib.
O bu vəzifədə "Report" İnformasiya Agentliyinin baş redaktoru vəzifəsinə təyinat almış həmkarı Namiq Mailovu əvəz edib.
Xatırladaq ki, Anar Cəbrayıllı uzun illər ləğv edilmiş "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.