13-06-2025, 11:48 312

Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət

Prezident İlham Əliyevin sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin artırılması ilə bağlı ötən gün imzaladığı fərmana əsasən, iyulun 1-dən Azərbaycanda:

- Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata çatdırılır;

- Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) 500 manatdan 600 manata, 61-80 % pozulmasına görə (II dərəcə) 400 manatdan 500 manata, 31-60 % pozulmasına görə (III dərəcə) 330 manatdan 400 manata çatdırılır;

- Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2 000 manatdan 2 200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 1 800 manatdan 2 000 manata, Prezidentin fərdi təqaüdü isə 1 500 manatdan 1 700 manata çatdırılır;

- Uşağın anadan olmasına görə birdəfəlik müavinət 500 manatdan 600 manata, həmçinin dəfn üçün birdəfəlik müavinət də 500 manatdan 600 manata çatdırılır;

- Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 395 manatdan 500 manata, 7-13 yaş arası uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaş arası uşaq üçün 435 manatdan 650 manata çatdırılır;

- Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) 270 manatdan 300 manata, 61-80 % pozulmasına görə (II dərəcə) 220 manatdan 250 manata, 31-60 % pozulmasına görə (III dərəcə) 150 manatdan 180 manata çatdırılır;

- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü 300 manatdan 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü 200 manatdan 250 manata çatdırılır;

- Övladlığa götürülən hər uşağa görə aylıq müavinət 200 manatdan 240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 120 manatdan 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı yardım alan) ailələrə aylıq müavinət (hər uşağa görə) 100 manatdan 140 manata, beşdən çox uşağı olan qadınlara aylıq müavinət (hər uşağa görə) 105 manatdan 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 120 manatdan 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 120 manatdan 140 manata çatdırılır;

- Orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü 100 manatdan 120 manata çatdırılır;

- Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd, "Xalq" fəxri adına görə 200 manatdan 300 manata, "Əməkdar" fəxri adına görə 150 manatdan 200 manat çatdırılır.

Ümumilikdə, fərmanla sosial müavinət və təqaüdlər orta hesabla 20 % artırılır. Bu, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan 5-ci sosial islahat paketnin tərkib hissəsidir və 3 milyon vətəndaşı əhatə edir. Onların əmək haqqı, pensiya, müavinət və təqaüdlərinin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb.

Xatırladaq ki, 5-ci sosial islahat paketinin ilk mərhələsi olaraq ölkədə:

- Bu il yanvarın 1-dən minimum əməkhaqqı 345 manatdan 16 % artımla 400 manata çatdırılıb;

- minimum əməkhaqqı artımına uyğun olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi Vahid Tarif Cədvəlinin 19 pilləsinin hər biri üzrə maaşlar orta hesabla 16 % artırılıb və beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaş artımına imkan verib;

- dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 % artırılıb;

- dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və s. artırılıb.

- Bütün növ pensiyalar 2025-ci ilin əvvəlindən indeksləşdirilərək 8,1 % artırılıb.

- 2025-ci il fevralın 1-dən minimum pensiya 280 manatdan 14,3 % artımla 320 manata çatdırılıb;

- 2025-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı da 270 manatdan 285 manata çatdırılıb;

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli telekanallara müsahibəsində yeni sosial islahat paketini belə şərh edib: "Bu qədər böyük sərmayələr qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar".

Dövlət başçısının ötən ilin sonunda imzaladığı sərəncamda sosial müavinət və təqaüdlərdə də artım nəzərdə tutulmuşdu. Ötəngünki fərmanı artıq bu istiqamətdə artımları təmin edir, bir çox əhali kateqoriyalarına (şəhid ailələri, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslər, Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alanlar, beşdən çox uşağı olan qadınlar, ailə başçısını itirən ailələr, aztəminatlı ailələr, himayədar və övladlığa uşaq götürən ailələr, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum uşaqların qəyyumları, orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlər, fəxri adlara layiq görülmüş şəxslərə) yönələn müavinət və təqaüdlərdə, habelə uşağın anadan olmasına görə və ya dəfn üçün birdəfəlik müavinətlərdə növbəti artımların edilməsini nəzərdə tutur.

Ümumilikdə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb, onların icrası üçün əlavə 7,6 milyard manat vəsait ayrılıb. Bu illər ərzində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfəyədək, orta aylıq pensiya 2,6 dəfə, müavinət və təqaüd ödənişləri üçün ayrılan illik vəsait 5 dəfə artıb.

Sosialyönümlü xərclərdə artım

Azərbaycanda aparılan siyasətdə sosial sahənin prioritet olması dövlət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə əhəmiyyətli dərəcədə artmasında da öz təsdiqini tapır. Bu xərclər 2019-cu ildəki 7,8 milyard manatdan 2,2 dəfə artımla 2025-ci ildə 16,9 milyard manata çatıb. Bu gün sosialyönümlü xərclərin çəkisinin dövlət büdcəsində 41 % olması da sosial rifahın dövlət siyasətinin başlıca istiqaməti olduğunu göstərir.

Sosial təminatın mühüm komponenti olan, 1,1 milyon vətəndaşı əhatə edən pensiya təminatında davamlı artım özünü göstərir və pensiya ödənişlərinə ayrılan illik vəsait 2018-ci ildən ötən dövrdə 2 dəfə artaraq 2025-ci il üçün 7,2 milyard manatı ötüb.

Ölkədə sosial müdafiə tədbirlərinin daim gücləndirilməsi, sosial ödənişlərdə davamlı xarakter alan artımlar Azərbaycanın vətəndaş rifahının təminatına xidmət edən güclü sosial siyasətə malik ölkə olduğunu bir daha təsdiq edir.

Paylaş

Xəbər lenti

Sahibə Qafarova Qazaxıstana səfər edib Bu gün, 19:48 Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb Bu gün, 19:48 Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia Bu gün, 19:48 Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək Bu gün, 19:48 DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək Bu gün, 19:48 Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq Bu gün, 18:48 24 tona yaxın yararsız hind quşu əti məhv edildi Bu gün, 18:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Bu gün, 18:48 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Bu gün, 18:48 Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR Bu gün, 18:48 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər Bu gün, 18:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Bu gün, 17:48 Onlar COP31-də çxış edəcəklər Bu gün, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Bu gün, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Bu gün, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Bu gün, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Bu gün, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Bu gün, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Bu gün, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Bu gün, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Bu gün, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Bu gün, 16:48 Əməkdar artist vəfat edən Xalq artistləri ilə fotosunu paylaşdı Bu gün, 16:48 İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi Bu gün, 16:48 Baku TV-nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edildi Bu gün, 16:48 Eyfel qülləsi etirazlar səbəbindən ziyarətçilər üçün bağlanıb Bu gün, 16:48 Gələcəkdə yay yarım il davam edə bilər – ŞOK PROQNOZ Bu gün, 16:48 "Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb Bu gün, 15:50 Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb Bu gün, 15:50 Sumqayıtda təmizlik işçiləri 2 aydır maaş ala bilmir - İcradan CAVAB Bu gün, 15:49 Kriştiano Ronaldo millidən AYRILDI Bu gün, 15:49 İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək Bu gün, 15:48 Arda Turanın həyat yoldaşı: "Münasibətdə dava etmək lazımdır" Bu gün, 15:48 "İlham Əliyev alnından öpüləcək adamdır" Bu gün, 15:48 Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI Bu gün, 15:48 Əməkdar artist muğam mərkəzi açıb Bu gün, 15:48 İlham Əliyev Radiorabitə Reqlamentinin yenilənmiş variantını təsdiqləyib Bu gün, 15:48 Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ Bu gün, 15:48 Azərbaycanda ilk dəniz milli parkı yaradılır Bu gün, 15:48 Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi Bu gün, 14:48 AİD Group rəhbəri Samir Yəhyazadə barəsində Apellyasiya Məhkəməsi yeni qərar verib Bu gün, 14:48 Ərdoğan 8 Noyabrda Azərbaycana gəlməyi planlaşdırır Bu gün, 14:48 Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR Bu gün, 14:48 Nazpəri Dostəliyeva malikanəsində Mirələmə ad günü keçirib, bahalı saat hədiyyə etdi Bu gün, 14:48 "İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin" Bu gün, 14:48 Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR