
Bakıda 160 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarlardan şikayət var.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
İddia edilir ki, həmin avtobuslarda hələ də kondisionerlər qoşulmayıb. Üstəlik sürücülər nəqliyyat vasitəsini qapısı açıq formada idarə edirlər.
"Bu barədə dəfələrlə şikayət etmişik, lakin baxan olmayıb. Magistral yolda avtobus qapısı açıq vəziyyətdə sürüldükdə təhlükə yaranır. Ara yollarda isə tozdan dayanmaq olmur", - deyə şikayətçi bildirib.
Hadisə ilə bağlı videonu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.