
Bu smart dayanacaqda baş verən nasazlıq haqda məlumatlıyıq.
Bu barədə AVESTA.AZ-in sualına cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilən ünvanda nasazlıq tez bir zamanda aradan qaldırılacaq.
***15:13
Bakının Yasamal rayonunda sərnişinlərin avtobus gözləmələri üçün quraşdırılan dayanacağın sensor sistemi xarab olub və qapısı açılmır.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, söhbət Elmlər Akademiyası metrostansiyanın qarşısında quraşdırılmış, kondisionerli və monitorlu dayanacaqdan gedir. Burada havanın istisindən sərinləmək istəyən sərnişinlər dayanacağın faydalarından yararlana bilmirlər.
Bu da xəstə və yaşlı sərnişinlər üçün çətinlik yaradır. Ümid edirik ki, problem qısa zamanda öz həllini tapar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.