
Bakının Yasamal rayonunda sərnişinlərin avtobus gözləmələri üçün quraşdırılan dayanacağın sensor sistemi xarab olub və qapısı açılmır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, söhbət Elmlər Akademiyası metrostansiyanın qarşısında quraşdırılmış, kondisionerli və monitorlu dayanacaqdan gedir. Burada havanın istisindən sərinləmək istəyən sərnişinlər dayanacağın faydalarından yararlana bilmirlər.
Bu da xəstə və yaşlı sərnişinlər üçün çətinlik yaradır. Ümid edirik ki, problem qısa zamanda öz həllini tapar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.