
“Albaniya ilə Türkiyə arasında canlı və dinamik strateji tərəfdaşlıq və ənənəvi dostluğumuz hər zamankından daha güclüdür”.
“Report” xəbər verir ki, bu, Albaniya Xarici İşlər Nazirliyinin tviterində yazılıb.
Nazirlik Türkiyə Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə rəsmi Ankaranı təbrik edib.
“Gürcüstanla Türkiyə arasında uzunmüddətli dostluq münasibətləri özünü doğruldub”.
“Report” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyənin Respublika Günü münasibətilə tviterdə yazıb.
O, milli bayram münasibətilə Türkiyə xalqını təbrik edib: “Türkiyə xalqına uğurlar və firavanlıq arzulayıram”.
“Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik”.
“Report” xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyinin tviterində yazılıb.
Nazirlik Türkiyə xalqına ən xoş arzularını çatdırıb.
“Cümhuriyyət Gününü qeyd edən müttəfiqimiz Türkiyəni təbrik edirik”.
“Report” xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç tviterdə yazıb.
Qeyd edək ki, 29 oktyabr Türkiyənin Cümhuriyyət Günüdür. Bu gün Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü tamam olur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.