
Bakıda 37 yaşlı müəllim Nərmin Fəttahova sertifikasiya imtahanında ən yüksək nəticəni göstərib.
AVESTA.AZ-in məlumatına görə, paytaxtda 282 saylı tam orta məktəbdə coğrafiya fənnini tədris edən müəllim ölkə birincisi olub.
Xatırladaq imtahan ötən gün, iyunun 19-da keçirilib.
Qeyd edək ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.