
Qax rayonu İ.Dağıstanlı küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə yerinə Qax rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı 1976-cı il təvəllüdlü Əhmədov Vüqar Əhməd oğluna məxsus "Tofaş" markalı minik avtomobili tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.