
Bakıda açıq ərazidə yanğın başlayıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Yasamal rayonunda ağaclıq ərazi yanır. Məsələ ilə əlaqədar Fövqəladə Nazirliyinin (FHN) mətbuat xidməti ilə əlaqə saxladıq.
Nazirlikdən AVESTA.AZ-ə bildirildi ki, Yasamal rayonu, Mətbuat prospektində açıq ərazidə quru-otluq sahədə yanğın baş verməsi barədə FHN-in 112 "qaynar xətti"nə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə qüvvələri əraziyə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə yerindən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.