
İsrailin hava zərbəsi nəticəsində Tehranda yerləşən "Evin" həbsxanasında azı 71 nəfər həyatını itirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə İranın məhkəmə və ədliyyə sisteminin nümayəndəsi Əsgər Cahangir məlumat verib. Onun sözlərinə görə, ölənlər arasında həbsxana əməkdaşları, hərbi qulluqçular, məhbuslar, onların ailə üzvləri və yaxınlıqda yaşayan sakinlər də var.
Qeyd edək ki, 23 iyun tarixində İsrail Hərbi Hava Qüvvələri İranla davam edən 12 günlük silahlı qarşıdurma çərçivəsində "Evin" həbsxasını hədəfə alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.