
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Eyvazallar kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Məhərrəm Ələkbərovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə 1968-ci il təvəllüdlü Arif Bünyatovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə A.Bünyatov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.