
Badamdar qəsəbəsində yanğın hadisəsi başlayıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, "Maşın Bazarı"nın yaxınlığında təkər məişət tullantıları yanır.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən AVESTA.AZ-ə bildirildi ki, nazirliyin yanğından mühafizə bölmələri yanğının söndürülməsi istiqamətində tədbirlər görür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.