
"Koroğlu körpüsü" ilə bağlı yaranmış mübahisəyə aydınlıq gətirilib.
Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq AAYDA-dan bildirilib ki, körpüdə çat yoxdur. Körpünün konstruksiyasının birləşən hissəsidir:
"Eyniylə 3-cü mikrorayon dairəsi üzərindəki körpü ilə oxşar haldır. Oradada körpüdə çat olduğu deyilirdi", - deyə məlumatda qeyd olunub.
***15:46
Bakıda ən çox istifadə olunan körpülərdən birində təhlükəli vəziyyət yaranıb.
Bu barədə görüntülər AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən və "Koroğlu körpüsü" kimi tanınan körpüdə iri çatlar əmələ gəlib.
Görüntülərdən də aydın olur ki, vəziyyət avtomobillər üçün kifayət qədər təhlükəlidir. Hər hansı xırda hərəkətlilik burada ağır nəticələrə səbəb ola bilər.
Sözügedən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.