Müəyyən zamanlarda bəzi qruplar dini məsələlərdə problem yaratmağa cəhdlər edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu mənada Aşura günündən və anlayışından da istifadə edilib:
"Burada xarici ölkələrin təsiri və bu təsirə düşən bəzi dindarlar da az olmayıb. Bunun nəticəsində Aşuradan sui-istifadə halları da olub. Ona görə də dünyada analoqu olmayan bir təşəbbüs irəli sürdük, beləliklə, qanvermə aksiyası ənənə halını aldı".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.