
Şəki-Qax yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində ağırtonnajlı yük avtomobili yanır.
AVESTA.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, TIR qəfil alışmağa başlayıb.
Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib.
Bildirilir ki, TIR tezalışan məhsul olan dezodorant daşıyırmış. Nəqliyyat vasitəsində yanğının təkərdən başlaması, daha sonra yük yerinə keçməsi ehtimal edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.