
Aşıq Əhliman Rəhimovun səhhətində problem yaranıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Həmin Zaur" verilişində aparıcı Zaur Kamal məlumat verib.
Aparıcı sənətkarın iki dəfə insult keçirdiyini bildirib: "Aşıq Əhlimana Allah kömək olsun. İki dəfə insult keçirib, danışmaqda çətinlik çəkir".
Qeyd edək ki, Əhliman Rəhimov üç il əvvəl ürək problemi ilə bağlı əməliyyat olunmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.