
Gəncədə evdən tibb bacısının meyiti tapılıb.
AVESTA.AZ modern.az-a istinadən xəbər verir ki, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, sözügedən ünvanda yaşayan 1965-ci il təvəllüdlü S. Cəfərovanın meyiti yaxınları tərəfindən aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Ölümün səbəbləri araşdırılır.
Məlumata görə S.Cəfərova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasında tibb bacısı işləyib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.