12-07-2025, 21:48 263

Yeni Suriyanın qurulmasında Azərbaycanın rolu – rəsmi Bakı öz töhvəsini verməyə hazırdır

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcəyini deyib. Beləliklə, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan bu günə kimi 12 ölkəyə qaz ixrac edir və bunlar da əsasən Avropa ölkələridir. Bu gün Azərbaycan üçün yeni coğrafiya formalaşır - Yaxın Şərq. Artıq Türkiyə üzərindən 1 mlrd kubmetr qazın Suriyaya ixracı məsələsi Suriya prezidentinin Bakıya səfəri çərçivəsində müzakirə olunur.

Artıq Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir.

Eyni zamanda, Azərbaycanın elektrik enerjisi istehsalı kimi qarşısında yeni imkanlar açılır. Azərbaycan Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilər.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Suriya Prezidenti Əhməd əl-Şaraa ərəb ölkələri və Türkiyədən sonra Bakıya səfəri Suriyanın Azərbaycana verdiyi göstəricidir.

Bundan əvvəl Suriya lideri Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı dövlət başçısı Suriyaya daim dəstək verəcəklərini açıqlayıb. Suriyada istər İŞİD terror təşkilatının fəaliyyət göstərdiyi dövrü olsun, istərsə də ondan sonra müharibə dövrü olsun Azərbaycan onların ərazi bütövlüyünü müdafiə edib, dəstəkləyib.

Azərbaycan Suriyaya qarşı təcavüzləri, ölkə daxilində baş verən pozuculuq və terror hadisələrini pisləyib. Bununla bağlı beynəlxalq təşkilatlarda, digər rəsmi açıqlamalarla çıxış edib. Suriyada Azərbaycan və Türkiyə əleyhinə olan terrorçu təşkilatlar- ASALA və digər erməni lobbisi fəaliyyət göstərib. Son illər Azərbaycan Türkiyə ilə birlikdə münaqişədən sonrakı dövründə bərpa və qururucluq işlərində dəstək olur və hər zaman dəstək olacağını bəyan edir. Buna görə də Azərbaycan hökumətinin bir sıra rəsmi şəxsləri Suriyaya səfərlər edib. Səfər zamanı Azərbaycanın bu ölkənin inkişafına verə biləcəyi töhfəni açıqlamışdılar.

Bundan başqa Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, daha sonra Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Suriyaya səfərləri bu ölkənin bərpa-quruculuq işləri üçün Azərbaycanın görə biləcəyi işləri araşdırılır.

Azərbaycan Cənubi Qafqaz ölkəsi olsa da onu yaxın Şərqlə birləşdirən çoxsaylı əlaqələr var. Bunlar mədəni, ticarət əlaqələridir. Qədimdə Şam və Bakının çox böyük əlaqələri olub. Eləcə də Suriya ərazisində Azərbaycan kökənli türkmənlər var. Onlarla əlaqə qurulması, milli-mədəni haqlarının təmin olunması Azərbaycan üçün həmişə vacib məsələlərdən olub.

Azərbaycan Avropanın Mərkəzi Asiya istiqamətində fəal siyasət yürüdür. Azərbaycan İsrail, Fələstin, ərəb ölkələri ilə - Səudiyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Oman, Misir kimi ölkələrlə iqtisadi, ticarət və mədəni əlaqələr qurub. Prezident İlham Əliyevin apardığı xarici siyasət hər yerdə olduğu kimi Yaxın Şərqdə yaxşı qarşılanır. Bu siyasət nəticəsində Azərbaycan Yaxın Şərqdə etibarlı tərəfdaş kimi tanınır.

Suriya və Azərbaycan arasında yeni qurulmuş iqtisadi, ticarət və mədəni əlaqələrin arxasında da bu etibarlılıq məsələsi prinsipi dayanır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra qlobal miqyasda, xarici siyasət konsepsiyasında həyata keçirib.

Azərbaycan Prezidentinin şəxsi nüfuzu, ölkəmizin onlara yeni tərəfdaşlıq modelinin gətirilməsi və yeni tərəfdaşların qazanılması bunun göstəricisidir.

Azərbaycan, Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında da sakit diplomatiya prinsipindən çıxış edərək dövlətlərin təşkil olunmasına öz töhfəsini verib. Təsadüfi deyil ki, Əhməd Əl Şaraanın səfəri başa çatmamış AFP informasiya agentliyi Bakıda Suriya və İsrail rəsmilərinin görüşünün keçiriləcəyi barədə məlumat yaydı. Xəbər Suriya diplomatik mənbələrinə istinadən yayılıb.

Təxmin etmək olar ki, perspektivdə Azərbaycan Suriya ilə İsrail arasında münasibətlərin normallaşmasında aparıcı rollardan birini oynamaqda davam edəcək.

Qarabağ torpaqlarını azad etdikdən sonra Azərbaycan geniş quruculuq, bərpa işlərini aparıb. Bu baxımdan çox böyük təcrübə əldə edib ki, bunun perspektivdə Suriyada da quruculuq bərpa işinin reallaşması üçün faydalı ola biləcəyi istisna deyil. Danışıqlarda bu istiqamətdə də məsələnin reallaşdırılmasına dair sənədlərin, anlaşmaların əldə olunması istisna edilmir.

Tarixən Azərbaycanla Suriya arasında çox yaxşı əlaqələr olub. Yəni, Azərbaycanla Suriya arasında əlaqələri üç işçiyə bölmək olar, müasir dövrdə. Sovet işçilik dövründə Suriya-Azərbaycan münasibətləri, Hafiz Əsəd, Bəşər Əsəd dövründəki Azərbaycan-Suriya münasibətləri və Bəşər Əsəd hakimiyyəti devrildikdən sonrakı üç ölkə arasında münasibətdir.

Birinci dövr, yəni Əsəd dövründə Suriya ilə Azərbaycan arasında münasibətlər əsasən Moskvada tənzimlədiyindən Azərbaycan bu ölkə ilə əlaqələrini, potensial əlaqələrini, potensial imkanlarını açmağa nail ola bilmirdi.

Bəşər Əsəd hakimiyyəti dövründə Azərbaycana qarşı fəaliyyət göstərən erməni terror təşkilatları, erməni lobbisi və diasporu var idi və onlar Azərbaycana qarşı geniş işlər görürdülər. Buna Bəşər Əsəd də zaman-zaman dəstək verirdi.

Azərbaycan bir mənalı olaraq Bəşər Əsəd rejiminin cinayətkar olduğunu və onun öz millətinin, öz vətəndaşlarının qanını tökdüyünü bəyan edərək, bu rejimlə heç bir əlaqə saxlamadı və onu tanımadı. Amma yeni Əhməd Əl Şaraa hakimiyyətini Azərbaycan tanıyan ilk ölkələrdən oldu.

Bu mənada Azərbaycan Suriyada Türkiyə ilə birgə fəaliyyət göstərir. Bütün istiqamətlərdə Azərbaycan, Türkiyənin Suriyada atdığı addımlarda həmişə yanında olur. Prezident İlham Əliyev Suriya məsələsində Azərbaycanın Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır. Bu, onu göstərir ki, Azərbaycan dost, qardaş Suriyayla mövcud çətinlikləri aşmaq, yeni Suriyanın qurulmasında daim bu ölkənin xalqının, hakimiyyətinin yanındadır və onu dəstəkləyəcək.
Paylaş

Xəbər lenti

Daha bir aktrisa "Uzak şehir"dən gedir Bu gün, 16:48 Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb Bu gün, 16:48 İsveç Rusiyadan gələn gəmini saxladı Bu gün, 16:48 Trampdan Çinə xəbərdarlıq: "İrana yardım baha başa gələcək" Bu gün, 16:48 Tərtərdə törədilmiş qətlin səbəbi məlum olub - TƏFƏRRÜAT Bu gün, 15:48 Kvaratsxeliyanın Maxaçevə etdiyi hədiyyəni İtaliyada oğurlayıblar Bu gün, 15:48 Nəqliyyat sektorunda yeni ERA BAŞLAYIR: QƏRARLAR qəbul edilib Bu gün, 15:48 Qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib Bu gün, 14:48 Azərbaycan tamblinq üzrə Avropa çempionatında komanda hesabında gümüş medal qazanıb Bu gün, 14:48 İsrail son saatlarda Livana zərbələr endirib: onlarla insan ölüb Bu gün, 14:48 Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verib Bu gün, 14:48 Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, dolu düşəcək Bu gün, 13:48 Suraxanıda dəmir darvazalar oğurlayan şəxslər ələ keçib Bu gün, 13:48 Yol polisindən hava ilə bağlı hərəkət iştirakçılarına XƏBƏRDARLIQ Bu gün, 13:48 İranın hücuma məruz qalan neft emalı zavodu fəaliyyətini bərpa edir Bu gün, 13:48 Laçının "Bəylik Bağları"nda ağacəkmə aksiyası keçirilib Bu gün, 12:48 Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var Bu gün, 12:48 Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsəsində Pasxa bayramından FOTOREPORTAJ Bu gün, 12:48 Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi Bu gün, 12:48 Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb Bu gün, 12:48 Bakı bulvarında güllər yararsız hala salındı - VİDEO Bu gün, 11:48 Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 11:48 Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib Bu gün, 11:48 Macarıstanda parlament seçkiləri: səsvermə prosesinə start verildi Bu gün, 10:48 Hava ilə bağlı XƏBƏRDARLIQ - Yağış, şimşək, güclü külək... Bu gün, 10:48 İran XİN: İslamabad danışıqlarında razılaşmanın əldə olunmaması gözlənilən idi Bu gün, 10:48 Rüfət Nasosnu: "Əvvəl müəllimlər ikinci işdə çalışırdı, indi vəziyyətləri yaxşıdır" Bu gün, 10:48 Gəncədə pravoslavlar Pasxa bayramını qeyd edir Bu gün, 10:48 İslabadda ABŞ-İran danışıqları nəticəsiz qaldı Bu gün, 09:48 Bir aydan çox axtarışda olan şəxsin meyiti TAPILDI - Ramilin ölümünün TƏFƏRRÜATI Bu gün, 09:48 Qərbi Azərbaycan Xronikası: "Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi" Bu gün, 09:48 Premyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək Bu gün, 09:48 KİV: İslamabad danışıqları dalana dirənib Bu gün, 00:48 "Dedi ki, mən 20 manatlıq həkim deyiləm" - Gəncdən əməliyyat üçün pul tələb edilib? Bu gün, 00:48 Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir Bu gün, 00:48 Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür Bu gün, 00:48 Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək Bu gün, 00:48 Azərbaycan Yüksək Liqası: "DH Volley" finala vəsiqə qazanıb Dünən, 23:48 Edi Rama Albaniyanın Aİ-yə üzvlük prosesində durğunluq yarandığı iddialarını təkzib edib Dünən, 23:48 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI Dünən, 23:48 Netanyahu: İrana qarşı əməliyyat hələ başa çatmayıb Dünən, 23:48 Əməkdar artist Nicat Kazımov: "Oğlumla tərəf müqabili olanda özümü diskomfort hiss edirəm" Dünən, 23:48 Fəhlə iş zamanı həyatını itirdi Dünən, 22:48 Makron: Fransa Hörmüz boğazının açılmasına dəstək verməyə hazırdır Dünən, 22:48 Almaniyada qatar qəzası: Xəsarət alanlar var Dünən, 22:48 ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır Dünən, 22:48 Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR