14-07-2025, 12:48 327

Baku Steel Company

Cənubi Qafqazın ən böyük polad istehsalçısı olan "Baku Steel Company" QSC (bundan sonra – BSC) Sumqayıt şəhərində yerləşən "Azərboru" İstehsalat Sahəsində genişmiqyaslı modernizasiya layihəsinin ilk mərhələsini tamamlayıb.

Layihə şirkətin uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və "Azərboru"nun ixrac yönlü məhsullara əsaslanan müasir yüksək texnoloji istehsalat sahəsinə çevrilməsində mühüm addımdır.

Şirkətin tikişsiz polad boru istehsalı sahəsində strateji təşəbbüsləri iki amillə dəstəklənir:

• 2024-cü ilin noyabr ayında Amerika Neft İnstitutundan (API) beynəlxalq sertifikatın alınması. 2025-ci ilin may ayında keçirilən illik yoxlamadan sonra istehsal proseslərinin API tələblərinə tam uyğunluğu təsdiqləndi və bu, ABŞ bazarı da daxil olmaqla, boru məhsullarının ixracının genişləndirilməsi üçün imkanlar açdı.

• 2024-2025-ci illərdə yeni sinif boruların istehsalı üçün polad pəstahların keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə BSC-nin Bakı şəhərindəki Poladəritmə sahəsində həyata keçirilən texnoloji modernizasiya. Vakuum Qazsızlaşdırma Qurğusunun istismara verilməsi, pəstahların qapalı tökmə texnologiyasının mənimsənilməsi, legirlənmiş elementlərin ərintiyə verilməsi üçün müasir avadanlıqların tətbiqi mühüm layihələrdəndir. Daxili keyfiyyəti idarəetmə standartları da daim təkmilləşdirilir.

"Azərboru"nun modernizasiyasının ilk mərhələsinin əsas məqsədləri:

· Boru məhsullarının istehsal həcminin artırılması;

· Yeni ölçü diapazonları və möhkəmlik sinifləri üzrə məhsul çeşidinin yerli və ixrac bazarları üçün genişləndirilməsi;

· Gələcək məhsul inkişafı üçün texnoloji bazanın yaradılması;

· Regionda BSC-ni fərqləndirə bilən böyük əlavə dəyərə malik yüksək texnologiyalı məhsulların bazarlarına çıxmaq.

Layihənin icrasına İspaniya, İtaliya, Almaniya, Rusiya, Hindistan, Çexiya və Ukraynadan olan avadanlıq və mühəndislik sahəsində ixtisaslaşmış tərəfdaşlar cəlb olunub. Əsas tərəfdaşlar arasında "Danobat", "Lazzari", "GH", "Karl Deutsch", "Nordinkraft", "Prestar" və sahənin digər lider şirkətləri yer alır.

İstehsalat dövrünün mərhələləri üzrə əsas layihələr:

İsti yayma sahəsində, modernizasiya çərçivəsində, TPA-250 yayma dəzgahı avadanlıqlarının yenilənməsi elementləri ilə əsaslı şəkildə təmir olunub. Yayma dəzgahının və qızdırıcı sobanın əsas komponentləri dəyişdirilib, "GH Induction/Ajax TOCCO" şirkətinin istehsalı olan yayma xəttindəki boruların induksiya qızdırıcı sisteminin və yeni "Lazzari" düzləndirici dəzgahının quraşdırılması üçün hazırlıq işləri görülüb. Yeni avadanlıq xəttin məhsuldarlığını artırır və yeni növ boruların istehsalına imkan yaradır. Bütün bu işlər qəzasız şəkildə başa çatdırılıb - ümumi həcm 15 min adam/saatdan çox olub.

Qoruyucu borular sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Burada borulara və birləşdirici muftalara yiv açmaq üçün müasir "Danobat" avadanlıqları, avtomatlaşdırılmış boru daşınma xətti və mufta quraşdırma kompleksləri istifadəyə verilib ki, bu da mufta birləşmələrinin məhsuldarlığının əhəmiyyətli dərəcədə artmasına və stabil keyfiyyətinin yaxşılaşdırılmasına imkan verir.  

Keyfiyyətə nəzarət sistemi də xeyli gücləndirilib. "Nordinkraft" şirkətinin boruların keyfiyyətinə nəzarət üçün yeni ultrasəs qurğusu və "Karl Deutsch" maqnit-toz defektoskopu - boruların və muftaların keyfiyyətini dəqiq diaqnostika etməyə imkan verən avadanlıqlar istifadəyə verilib.

Modernizasiya şirkətə enerji səmərəliliyi və davamlı inkişaf prinsiplərinə cavab verən müasir istehsal mühiti yaratmağa imkan verdi. Yeni nəsil avadanlıqlar enerji xərclərinin azaldılmasını, xammal itkilərinin minimuma endirilməsini və istehsal olunan məhsulların sabit keyfiyyətini təmin edir. Avtomatlaşdırılmış idarəetmə sistemləri sayəsində texnoloji proseslər dəqiq və çevik şəkildə nəzarətdə saxlanılır.

Əlavə olaraq, Muftaların sinklənməsi sahəsində tullantı sularının təmizlənməsi üçün qurğunun montajı tamamlanıb, yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur. Bu sistem şirkətin ətraf mühitə təsirinin minimuma endirilməsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini əks etdirir.

Modernizasiyanın ilk mərhələsinin nəticələri:

· İstehsal gücü 60 min tona qədər - ikiqat artırılıb;

· Yeni ölçü diapazonunda (245 mm diametrə, 20 mm divar qalınlığına qədər) məhsulların istehsalına başlanılıb;

· P110 sinfi də daxil olmaqla, yeni məhsul siniflərinin seriya istehsalı mənimsənilib;

· Müasir avadanlıqlarda işləmək üçün personala təlim keçirilib, işçilərin ümumi ixtisas səviyyəsi artıb.

"Azərboru"nun modernizasiyasının ilk mərhələsinin həyata keçirilməsi mühüm istehsal nəticəsi olmaqla yanaşı, həm də BSC-nin texnoloji həllər, beynəlxalq tərəfdaşlıq və strateji baxışa əsaslanan dayanıqlı inkişaf modeli qurmaq bacarığının sübutudur. Şirkət Azərbaycanın metallurgiya sektorunda aparıcı oyunçu və qlobal bazarda etibarlı təchizatçı kimi rolunu gücləndirərək istehsal güclərini inkişaf etdirməyə, məhsulların çeşidini genişləndirməyə və keyfiyyətini təkmilləşdirməyə davam edəcək.

Paylaş

Xəbər lenti

İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR