
Lənkəranda iş adamına məxsus ferma yanıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.
Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.
Qısa müddətdə yanğın lokallaşdırılıb.
Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.
Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.