
Goranboy rayonunda kütləvi dava olub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.
Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.