
Paytaxtda uzun müddətdir təmir-tikinti aparılan yol sakinləri narahat edib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.
Sakinlər bildirir ki, Binəqədi şossesi (Biləcəri yolu kəsişməsi) adlanan yolda iki aya yaxındır təmir-tikinti işləri aparılır.
Sözügedən yoldan gündəlik olaraq "108A", "108B", "179", "147", "100", "123" saylı avtobuslar müəyyən qrafiklərlə hərəkət edirlər.
Həmin avtobusların sərnişinləri yolun kələ-kötür və təmirsiz qalmasından şikayət edirlər.
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.