18-07-2025, 10:48 303

Ersin Tatar Kipr üzrə görüşün uğursuzluğunun səbəblərini açıqlayıb

Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Kipr mövzusunda geniş formatda qeyri-rəsmi toplantı başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, görüş BMT-nin qərargahında keçirilib. Görüşdə BMT baş katibi Antonio Quterreş, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Kipr Prezidenti Nikos Hristodulidis və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar iştirak ediblər.

Toplantıda birbaşa siyasi danışıqlardan daha çox tərəflər arasında əməkdaşlıq imkanlarının araşdırılmasına diqqət yetirilib. Bu çərçivədə yeni keçid məntəqələrinin açılması, minaların təmizlənməsi, ətraf mühit və iqlim dəyişikliyi, enerji layihələri və gənclərlə bağlı texniki komitələrin yaradılması məsələləri müzakirə olunub.

BMT baş katibi Antonio Quterreş görüşdən sonra jurnalistlərə açıqlamasında müzakirələrin konstruktiv keçdiyini bildirib. O qeyd edib ki, liderlər 2024-cü ilin mart ayında İsveçrənin Cenevrə şəhərində keçirilən qeyri-rəsmi "Kipr müzakirələri" formatlı görüşdə razılaşdırılmış altı etimad tədbirinin icrasını nəzərdən keçiriblər və onlardan dördünün artıq reallaşdırıldığını vurğulayıb.

Görüşdən sonra Ersin Tatar BMT baş katibinin dediklərinin əksinə olaraq müzakirələrin konstruktiv olmadığını bildirib. O qeyd edib ki, əsas müzakirə mövzularından biri olan yeni keçid məntəqələrinin açılması məsələsində tərəflər ortaq məxrəcə gələ bilməyiblər:

"Bu gün burada tərəflər arasında əməkdaşlıq, xalqlarımızın xeyrinə görülə biləcək işlər, ətraf mühit, enerji mövzuları müzakirə olundu. Dörd yeni keçid məntəqəsinin açılması gündəmdə idi. Təəssüf ki, bu baş tutmadı. Yunan tərəfi keçid məntəqələrinin yalnız bufer zonası üzərindən salınmasında israr etdi. Lakin biz bildirdik ki, bufer zonasında yol salınması doğru deyil. Çünki bu, gələcəkdə həmin əraziləri Yunan torpağı kimi göstərmək cəhdlərinə səbəb ola bilər. Bu isə həm hərbi, həm də təhlükəsizlik baxımından risklidir. Biz dedik ki, əgər türk tərəfində yol çatışmazlığı varsa (təxminən 5 km), bu yolu biz çəkə bilərik. Bu, ən məqbul və təhlükəsiz həll yolu olardı. Amma təəssüf ki, qarşı tərəf razılaşmadı və yalnız bufer zonası üzərindən keçid tələb etdi. Bu səbəbdən razılıq əldə olunmadı və dörd keçid məntəqəsinin açılması mümkün olmadı".

Qeyd edək ki, ilin sonunadək eyni formatda daha bir qeyri-rəsmi toplantı planlaşdırılır.

Paylaş

Xəbər lenti

Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR