19-07-2025, 15:48 323

Hansı ixtisas sahiblərinə daha çox tələbat var?

Qəbul imtahanları bitdi. Qarşıda abituriyentləri daha maraqlı, eyni zamanda, həlledici bir mərhələ gözləyir. Bu, ixtisas seçimi mərhələsidir. Bu gün seçilən ixtisas gələcək üçün, iş tapmaq baxımından olduqca vacibdir. Hazırda əmək bazarında kimlərə, hansı ixtisasın sahiblərinə daha çox tələbat var?

AVESTA.AZ trend-ə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bütövlükdə təhsil sistemi ilə, xüsusən də ali təhsillə əmək bazarı arasında əlaqənin gücləndirilməsinə ciddi ehtiyac olduğunu bildirib:

"Son illərin təhlilləri göstərir ki, ali təhsilli məzunların əmək bazarına daxil olması və iş tapması bəzən çətinliklərlə müşayiət olunur. Bunun qarşısını almaq üçün bir tərəfdən ixtisaslar əmək bazarının tələblərinə uyğun yenilənməli, digər tərəfdən isə abituriyentlər ixtisas seçərkən dörd il sonranın çağırışlarını da nəzərə almalıdır. Texnologiya sürətlə inkişaf edir və süni intellekt, robot texnologiyaları, informasiya texnologiyaları sahəsində ixtisaslara tələbat durmadan artır. Bu ixtisaslar həm bu günün, həm də yaxın gələcəyin əsas istiqamətləridir".

Deputatın sözlərinə görə, ənənəvi olaraq iqtisadiyyat, hüquq, xüsusilə maliyyə ixtisasları da populyarlığını qoruyur.

"Çünki həm makro, həm mikro səviyyədə maliyyə üzrə ixtisaslaşmış kadrlara ehtiyac var. Eyni zamanda, mühəndislik və şəhərsalma ixtisasları da strateji əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri və şəhərlərin yenidən planlaşdırılması bu sahələrə böyük ehtiyac yaradır. Nəticə etibarilə, abituriyentlər seçim edərkən yalnız bu günün deyil, dörd il sonra məzun olduqları vaxtın əmək bazarını da düşünməlidirlər", - deyə Vüqar Bayramov əlavə edib.

Abituriyentlərin ixtisas seçiminə ən çox hansı amillər təsir edir?

Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, Azərbaycanda abituriyentlərin ixtisas seçiminə təsir edən əsas faktorlar uzun illərdir ki, strukturlaşmış və məqsədyönlü yanaşmadan uzaq, fərdi, emosional və informasiyasız qərarlar əsasında formalaşır:

"İxtisas seçimi, əslində, təkcə təhsil deyil, həm də əmək bazarının və iqtisadi inkişafın istiqamətləndirilməsi alətidir. Bu prosesin sağlam aparılması həm insan kapitalının səmərəli istifadəsi, həm də gələcək işsizliyin qarşısının alınması üçün strateji əhəmiyyət daşıyır. Lakin təəssüf ki, Azərbaycan təhsil sistemi bu mərhələni planlı şəkildə idarə edə bilmir və abituriyentlərin əksəriyyəti seçim zamanı düzgün istiqamət ala bilmir.

Statistik göstəricilər bu prosesin nə qədər plansız getdiyini təsdiqləyir. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2023-cü ildə ixtisas seçimi edən abituriyentlərin 42%-i bal uyğunluğuna görə qərar verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ilə olan göstəricilərinə əsasən, universitet məzunlarının 36%-i ixtisası üzrə iş tapa bilmir. Bu, deməyə əsas verir ki, qəbul zamanı verilən qərarlar əmək bazarının tələbi ilə uzlaşmır. Məzunların 21%-i isə ya işləmir, ya da qeyri-rəsmi sektorda çalışır. Təhsilə çəkilən resurslar nəticədə real iqtisadi dövriyyəyə çevrilmir və dövlət üçün itkiyə səbəb olur".

Onun sözlərinə görə, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 5.0.7-ci maddəsində göstərilir ki, təhsilin məqsədi cəmiyyətin və əmək bazarının tələblərinə uyğun insan kapitalı formalaşdırmaqdır.

"Lakin təhsil sistemində bu prinsip reallıqda özünü göstərmir. Nə orta məktəbdə peşə yönümlü təlimlər var, nə də Elm və Təhsil Nazirliyi tərəfindən əmək bazarının ehtiyaclarına dair illik proqnoz və yönləndirmə mexanizmləri hazırlanır. Abituriyentlər hansı ixtisasların gələcəkdə iş imkanı verdiyini, hansılarının riskli olduğunu bilmədən seçim edirlər. Müsbət cəhət ondan ibarətdir ki, bəzi sahələrdə (məsələn, İKT, maliyyə, səhiyyə) həm əmək bazarında tələbat, həm də abituriyent marağı üst-üstə düşür. Bu, daha çox sosial şəbəkələrin və şəxsi müşahidələrin təsiri ilə baş verir. Amma bu sahədə dövlətin rolu passivdir. Heç bir ictimai marifləndirmə kampaniyası aparılmır. DİM tərəfindən hazırlanan "İxtisas seçimi bələdçisi" cəmi statistik rəqəmlərdən ibarətdir və analitik deyil. Elm və Təhsil Nazirliyi isə əmək bazarına dair orta və uzunmüddətli proqnozlar təqdim etmir, regionlar üzrə peşə tələbatı xəritəsi hazırlamır. Bu səbəbdən tələbə seçimləri milli insan resursunun inkişafı baxımından idarə olunmur", - K.Əsədov əlavə edib.

O vurğulayıb ki, dünya təcrübəsində ixtisas seçimi uzunmüddətli və mərhələli şəkildə hazırlanır:

"Almaniyada şagirdlərə 9-cu sinifdən etibarən "Berufswahlpass" (peşə seçim pasportu) verilir, buraya onların maraqları, bacarıqları və təcrübə nəticələri daxil edilir. Finlandiyada məktəblərdə "opinto-ohjaaja" adlanan təhsil məsləhətçiləri fəaliyyət göstərir və onlar şagirdlərin fərdi karyera planlamasında iştirak edirlər. ABŞ-də isə "college counselor" sistemi vasitəsilə şagirdlərə peşə seçimində psixoloji və informativ dəstək verilir. Bu modellərdə dövlət yalnız qaydaları tənzimləmir, həm də yönəldici və məlumatlandırıcı mexanizmlər yaradır.

Azərbaycanda isə bu sahədə sistemli yanaşma yoxdur. Heç bir orta məktəbdə rəsmi peşə yönümlü məsləhət xidməti fəaliyyət göstərmir. Tələbələr və valideynlər yalnız sosial medianın təsiri, qohum-tanışın məsləhəti və ya "deyilənə görə, bu sahə yaxşıdır" fikri ilə hərəkət edirlər. Bu isə həm ailələrin maddi və emosional itkilərinə, həm də insan kapitalının deqradasiyasına səbəb olur.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə marifləndirmə işləri aparmır, mütəmadi təhlillər paylaşmır, proqnozlar açıqlamır, universitetləri tələbə yönümlü hesabat verməyə təşviq etmir. Nazirlik planlı iş görmür, dəyişikliklər texniki səviyyədə qalır".

Kamran Əsədov bildirib ki, ixtisas seçiminə təsir edən əsas amillər – topladığı bal, ailə və cəmiyyət təzyiqi, universitet nüfuzu, təhsil haqqı və gəlir perspektivi – əslində, abituriyentlərin real maraq və bacarıqları ilə üst-üstə düşmür.

"Bu disbalans aradan qalxmasa, hər il universitetlərdən minlərlə işsiz məzun çıxacaq. Bu isə təkcə fərdi yox, milli problemə çevriləcək. Bu vəziyyəti dəyişmək üçün təhsil sistemində karyera planlamasına əsaslanan strukturlaşmış mexanizmlər qurulmalı, peşə yönümlü dərslər və təcrübə proqramları məktəb dövründən tətbiq olunmalı, əmək bazarı proqnozları təhsil planlamasında əsas meyar kimi istifadə edilməlidir. Əgər bu dəyişikliklər edilməzsə, ölkə diplomlu, lakin peşəsiz və işsiz gənclərlə dolacaq. Elm və Təhsil Nazirliyi bu sahədə artıq müşahidəçi yox, yönləndirici olmalıdır. Əks halda təhsil sistemimiz gələcəyi yox, keçmişi təkrarlayan bir mexanizm olaraq qalacaq", - deyə o fikirlərini tamamlayıb.

Paylaş

Xəbər lenti

Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR