
Yaponiya hökuməti raketlərin buraxılması ilə bağlı Şimali Koreya rəhbərliyinə etirazını bildirib.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno məlumat verib.
“Raketlərin buraxılması ilə əlaqədar biz Pekindəki səfirlik vasitəsilə dərhal Koreya Xalq Demokratik Respublikasına kəskin etirazımızı bildirdik”, - o vurğulayıb.
Xatırladaq ki, Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın gün ərzində 3 raket buraxılışı həyata keçirdiyini açıqlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.