
Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat (PHS) partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olmuş, onlardan 70 nəfəri həlak olmuş, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.