
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan report-a verilən məlumata görə, tədbir zamanı S.Qurbanova saxlanılıb.
Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.