28-07-2025, 17:48 605

Dövlət komitəsinin sədri Vatikanın dövlət katibinin müavini ilə görüşüb

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət Katibinin müavini, arxiyepiskop Edgar Pena Parra ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, dinlər və mədəniyyətlərarası dialoqun təşviqində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Komitə sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini müxtəlifliyin qorunması, dinlərarası harmoniyanın gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, dinlərarası dialoqun dərinləşməsi  istiqamətində aparılan  məqsədyönlü dövlət siyasəti  multikultural və tolerant mühiti möhkəmləndirir. Dini qurumlar ölkə qanunvericiliyinin onlara verdiyi imkanlardan bəhrələnərək dinlərarası dialoqun möhkəmlənməsində və  inkişafında yaxından iştirak edirlər.

Ramin Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən dini icmalara maddi və mənəvi dəstək göstərilir, ibadət məkanlarının bərpası və qorunması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dini-mədəni abidələrin  bərpa və qorunması istiqamətində həyata keçirdiyi layihələrin bəşəriyyətin ümumi irsinə sonsuz ehtiramın ifadəsi olduğunu vurğulayıb.

Edgar Pena Parra Vatikanla Azərbaycan arasında münasibətlərin inkişafını yüksək qiymətləndirərək, sülh və qarşılıqlı anlaşma naminə göstərilən təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə dünya mədəni, tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən layihələri xüsusilə vurğulayıb. Qloballaşan dünyada dinlərarası dialoqun əhəmiyyəti barədə danışan Dövlət Katibinin müavini bu istiqamətdə keçirilən tədbirlərin bəşəri dəyərlərin təşviqində böyük önəm daşıdığını deyib.

***15:25

İyulun 28-də "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu" imzalanıb.

BAKU.WS xəbər verir ki, memorandum tərəflər arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədilə təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə həmçinin dini təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əks olunub.

Anlaşma Memorandumu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Kardinal Corc Ceykob Kuvakad tərəfindən imzalanıb.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov imzalanan memorandumun  dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə mühüm töhfələr verəcəyinə, bu dəyərlərin tanıdılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib. Çıxışı zamanı Müqəddəs Yubiley İli münasibətilə təbriklərini çatdıran Komitə sədri Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin böyük inkişaf yolu keçdiyini vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondu ilə Vatikan arasında əməkadaşlıq dünyada mədəniyyətlərarası dialoq və dünya mədəni irsinə həssas münasibətin ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilir. Katakombaların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə əməkdaşlıq, arxiv əlyazmalarının rəqəmsallaşdırılması kimi uğurlu layihələrin məqsədi bəşəriyyətin ümumi irsinə töhfə verməkdən ibarətdir.  

Ölkəmizdəki dini mühit barəsində məlumat verən Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycanda dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma mühitinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

R.Məmmədov söyləyib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra atılan əsas addımlardan biri də erməni vandalizminə məruz qalmış dini abidələrin bərpası və yenidən qurulması prosesidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu məqsədlə işğaldan azad olunmuş ərazilərimizdə böyük layihələr həyata keçirir.

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Kardinal Corc Ceykob Kuvakad Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Roma papası II İoann Pavel və Fransiskin ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafındakı roluna toxunub. Bu Memorandumu ölkəmizdə dini azlıqlara hörmət və ehtiramın göstəricisi olan, 29 aprel 2011-ci ildə "Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında" imzalanan sazişlə möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsi kimi dəyərləndirib. Kardinal Corc Ceykob Kuvakad eyni zamanda sənəd çərçivəsində həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqində mühüm rol oynayacağına əminliyini ifadə edib. Memorandumun təsdiqlənməsi və imzalanmasına verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ehtiramını bildirib.

İmzalanma mərasimində Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak edib.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR