
Tovuz Rayon İcra Hakimiyyəti rayon ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı yeni tender elan edib.
AVESTA.AZ-in məlumatına görə, layihə yerli büdcə xərcləri hesabına maliyyələşdiriləcək.
Məlumata görə, asfaltlaşdırma işləri Xanlar Cəfərov küçəsini əhatə edəcək. Təmir-tikinti prosesinin ümumi dəyəri 699.963 manat təşkil edir.
Bu layihənin reallaşması ilə Tovuz şəhərinin nəqliyyat infrastrukturunda rahatlıq və təhlükəsizlik baxımından əhəmiyyətli irəliləyişin olacağı gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.