
Bakıda 16 yaşlı qız itkin düşüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şərifzadə küçəsində baş verib. Həmin ünvanda nömrəsiz evdə yaşayan, 2009-cu il təvəllüdlü Fərqanə Taleh qızı Həsənova iyulun 28-də yaşadığı evdən çıxaraq itkin düşüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.