2-08-2025, 12:48 267

Mikayıl Cabbarov:

"Bu gün Azərbaycandan Suriyaya təbii qaz təchizatının başlanması ölkələr arasında əməkdaşlıq tarixində mühüm və tarixi hadisədir".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı keçirilən tədbirdə deyib.

"Bu əlamətdar addım Azərbaycan, Türkiyə, Qətər və Suriya dövlət rəhbərlərinin güclü siyasi iradəsinin, regionda davamlı sülhə sadiqliyinin və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə səylərinin nəticəsidir. Azərbaycan və Suriya prezidentləri arasında bu ilin aprelin 11-də Antalyada keçirilmiş görüşdə, eləcə də iyulun 12-də Azərbaycana dövlət səfəri çərçivəsində baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, Azərbaycanın bu sahədə Suriyaya dəstəyinin vacibliyi qeyd olunub", - nazir qeyd edib.

Onun sözlərinə görə, Suriyanın enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyinə mühüm töhfə vermək məqsədi daşıyır:

"Məhz bu səbəbdən ali rəhbərlik tərəfindən layihənin qısa müddətdə icrası üçün müvafiq göstərişlər verilib və təxirəsalınmaz tədbirlər görüb.

Layihənin uğurla həyata keçirilməsində Türkiyənin dəstəyi həlledici rol oynayıb. Azərbaycan və Türkiyə arasında enerji də daxil olmaqla bütün sahələrdə mövcud olan strateji əməkdaşlıq bu layihəyə də əhəmiyyətli töhfə verib. İki qardaş ölkə olaraq Suriyanın bərpası və inkişafı istiqamətində birgə səylərimizi davam etdiririk".

M.Cabbarov bildirib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur:

"İlkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1.2 milyard kubmetrə qədər nəzərdə tutulur. Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq.

Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaq".

Paylaş

Xəbər lenti

Bakıda uşaqların əylənməsi üçün nəzərdə tutulan park onların həyatı üçün təhlükəli hal alıb Bu gün, 15:49 Rafael Ağayevə ağır itki üz verdi Bu gün, 15:49 Utilizasiyaya avtomobil verənlərin diqqətinə: Qəbul qiyməti dəyişə bilər Bu gün, 15:49 "Zirə"dən ayrılan Fuad Bayramov "Səbail"ə keçib Bu gün, 15:48 Bu ilin 6 ayı ərzində 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb Bu gün, 15:48 Bu gün və sabah geomaqnit qasırğası gözlənilir Bu gün, 15:48 "Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI Bu gün, 15:48 Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb? Bu gün, 15:48 Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycanda dövlət qurumu ləğv edildi Bu gün, 15:48 6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir Bu gün, 15:48 Azərbaycan avarçəkəni Azər İlyasov Litvada gümüş medal qazanıb Bu gün, 15:48 Mahir Emreli İsrailin "Makkabi" klubunun təklifini rədd edib Bu gün, 14:50 AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar Bu gün, 14:50 Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb Bu gün, 14:49 İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti Bu gün, 14:49 Ötən həftə 1 421, 8 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib Bu gün, 14:48 Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub Bu gün, 13:48 Binəqədidə ödəmə terminalının oğurlanması anları videoya düşüb Bu gün, 13:48 Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyət tətbiq oluna bilər Bu gün, 13:48 Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir Bu gün, 13:48 Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir Bu gün, 13:48 IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin diplomatiya uğurları RƏY Bu gün, 13:48 Mixail Qusman: Şuşa Qlobal Media Forumu media əməkdaşlığı üçün nadir platformadır Bu gün, 13:48 "Haber Global"ın Şuşadakı forumdan reportajı Bu gün, 13:48 Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsi barədə: Müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir Bu gün, 12:49 Bakıda piyada məsuliyyətsizliyi motosikletçinin qəzaya düşməsi ilə nəticələndi Bu gün, 12:49 Gömrük Məcəlləsi dəyişir : Hansı malların ölkəyə daxil olmasının qarşısı alınacaq? Bu gün, 12:49 Prezident: Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib Bu gün, 12:49 Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib Bu gün, 12:49 Azərbaycan Prezidenti: Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi qəbul edilməməlidir Bu gün, 12:49 "ASAN xidmət"in yaradılmasından 14 il ötür Bu gün, 12:49 Prezident: Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır və bu, müsbət roldur Bu gün, 12:48 Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir Bu gün, 12:48 Prezident İlham Əliyev Azərbaycan–Yaponiya əlaqələrinin inkişaf potensialından danışıb Bu gün, 12:48 Azərbaycan Prezidenti: Orta Dəhliz boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir Bu gün, 12:48 Prezident: Mərkəzi Asiya və Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda birləşir Bu gün, 12:48 Azərbaycan Prezidenti: Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir Bu gün, 12:48 Prezident: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər Bu gün, 12:48 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu Bu gün, 12:48 Azərbaycan Prezidenti: Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik Bu gün, 11:48 Prezident İlham Əliyev: Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var Bu gün, 11:48 Prezident İlham Əliyev: Tramp sülhsevər və sülhü gətirə biləcək insandır Bu gün, 11:48 Bakıda avtobus sürücüsünün səhvi qəzaya səbəb olacaqdı - ANBAAN GÖRÜNTÜ Bu gün, 11:48 Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi vacib layihədir Bu gün, 11:48 İlham Əliyev Monteneqro Prezidentini Dövlətçilik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Prezident: Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR