
İngiltərə Premyer Liqasının 15-ci turunun matçında “Mançester Siti” “Fulhem” üzərində 2:1 hesablı qələbə qazanıb.
“Report” xəbər verir ki, ilk hissənin 17-ci dəqiqəsində Xosep Qvardiolanın yetirmələri qarşılaşmada hesabı açıblar.
Qolu hücumçu Xulian Alvares vurub. Hissənin ortalarında isə Premyer Liqanın hazırkı çempionları azlıqda qalıb. Qayda pozuntusuna görə müdafiəçi Joau Konselu meydandan qovulub. Təyin olunan penaltini London təmsilçisinin oyunçusu Andreas Pereyra qola çevirib.
Görüşün 95-ci dəqiqəsində Premyer Liqanın bombardiri Erlinq Holand Entoni Robinsonun kobud oyununa görə hakimin təyin etdiyi penalti zərbəsini qola çevirib. Beləliklə, norveçli hücumçu üçün bu qol cari çempionatda 18-ci olub.
15 matçdan sonra “şəhərlilər” turnir cədvəlində birinci pilləyə yüksəlir. Qvardiolanın komandasının 32 xalı var. İkinci yerdə qərarlaşan “Arsenal”ın 31 xalı var. Sabah “topçular” səfərdə “Çelsi” ilə qarşılaşacaq. Xalların bərabər olduğu halda Mançester şəhərinin təmsilçisi vurulan və buraxılan qollar arasındakı fərqdə üstünlüyə malik olacaq. Üçüncü yerdə isə “Tottenhem” qərarlaşıb. Sabah onlar səfərdə “Liverpul”la qarşılaşacaqlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.