6-08-2025, 13:48 658

Dayanacaqlarda sıxlıq və gecikmələrin əsas səbəbi nədir? – Ekspert AÇIQLADI

Bakı sakinlərinin ictimai nəqliyyatdan ən çox şikayət etdiyi məqamlardan biri dayanacaqlarda yaşanan sıxlıq və avtobusların gecikməsidir. Bəs bu vəziyyətin əsas səbəbləri nədir?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev AVESTA.AZ-in sualını cavablandırıb.

Ekspert bildirib ki, dayanacaqlarda əhali sıxlığının bir neçə səbəbi var:

"Əgər böyük şəhərdən danışırıqsa, bu təbiidir, çünki şəhər yüklənir. Keçən ildən etibarən avtobus zolaqları çəkilib və bu da əvvəlki illərlə müqayisədə avtobusların daha sürətli hərəkətinə şərait yaradıb. Hazırda avtobusla bir məntəqəyə çatmaq, avtomobillə getməkdən daha sürətlidir. Bundan başqa, avtopark da yenilənir. Bu il üçün müəyyən say elan olunub".

Ekspertin sözlərinə görə, sərnişindaşınmadakı yük təkcə avtobusların üzərində olmamalıdır:

"Yük digər nəqliyyat vasitələri arasında bölünməlidir. Bu məqsədlə artıq dövlət proqramı təsdiqlənib. Burada əsas məqam metronun inkişafı, yeni xəttlərin tikintisi və yerüstü tramvay xəttlərinin bərpasıdır.

Bundan əlavə dəmir yolu nəqliyyatında bu ilin sonunadək gündəlik hədəf 50 min daşınmadırsa, növbəti 5 il ərzində bu rəqəmin 250 minə çatdırılması mümkündür. Bu isə dəmir yolu nəqliyyatının paytaxtda daha aktiv istifadəsinə yönəlmiş strateji məqsəddir".

Rauf Ağamirzəyev piyada infrastrukturunun da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb:

"Piyada yollarına və səki infrastrukturuna baxış keçirilməli, lazım gəldikdə yenidən qurulmalıdır. Çünki bu sahədə ciddi problemlər var. Piyada, ictimai nəqliyyat və velosiped yolları arasında fiziki maneələr olmamalıdır. Vətəndaş özü qərar verməlidir ki, hansı nəqliyyat növündən istifadə etsin və onun ən son düşünəcəyi vasitə fərdi avtomobil olmalıdır".

Xatırladaq ki, bu istiqamətdə artıq dövlət səviyyəsində də addımlar atılır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın tədbirlər planına əsasən, Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə səkilərin vəziyyətinin araşdırılması, panduslarla birlikdə yenidən qurulması və zəbt olunmuş hissələrin aradan qaldırılması üzrə zəruri tədbirlər Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Sonda Rauf Ağamirzəyev qeyd edib ki, Bakı azsaylı şəhərlərdən biridir ki, burada "rəqəmsal əkiz" aləti mövcuddur:

"Bu alət müxtəlif mənbələrdən toplanmış datalar əsasında simulyasiya aparır. Layihələrin icrası nəticəsində mövcud nəqliyyat şəbəkəsində hansı dəyişikliklərin baş verəcəyini təhlil edərək ən effektiv variantı təklif edir. Bu eyni zamanda data əsaslı qərarlar verilməsinə imkan yaradır. Hər hansı bir layhənin icrasında risklər minumuma enir".

Şahanə Xankişiyeva

Paylaş

Xəbər lenti

Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi - Polis saxladı Bu gün, 13:48 Xaçmazda dəhşətli qəza - Sürücülər öldü Bu gün, 13:48 Fərid Qayıbov: "İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir" Bu gün, 13:48 Tramp İranı təhdid edib: "Yaxşı oğlan" olmaq dövrü geridə qaldı Bu gün, 13:48 İdman zalında risk hesab edilən 3 məşq növü Bu gün, 13:48 2026-cı ildə ruslar ən çox bu ölkələrə səyahət edəcəklər Bu gün, 13:48 Vatikanla ABŞ arasında "ədalətli müharibə" mübahisəsi Bu gün, 13:48 Aİ Ukraynaya 90 milyard avroluq kreditin şərtlərini sərtləşdirə bilər Bu gün, 13:48 Bakıda tıxaclara son qoyacaq YENİ YOLLAR Bu gün, 13:48 Əməkdar jurnalistə vəzifə verildi Bu gün, 12:48 Bahar Muradova: "Qadınların ağır sahələrdə çalışması onların hüququdur" Bu gün, 12:48 Ürəyi dayanan 30 yaşlı aktyorun son vəziyyəti açıqlandı Bu gün, 12:48 Niderland Azərbaycanla parlamentlərarası məsləhətləşmələrə ümid edir Bu gün, 12:48 Bakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi - Ölən var Bu gün, 12:48 Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib Bu gün, 12:48 Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb Bu gün, 12:48 Daşqınlara qarşı yeni mərhələ: Nələr dəyişəcək? Bu gün, 12:48 Aprelin son günündə 22 dərəcə isti gözlənilir Bu gün, 12:48 Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City Bu gün, 11:48 7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ Bu gün, 11:48 Şahin Mustafayevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir Bu gün, 11:48 Mikayıl Cabbarov: "Zəngəzur dəhlizinin açılması Naxçıvanın daha sürətli inkişafına əhəmiyyətli töhfə verəcək" Bu gün, 11:48 İqtisadiyyat naziri: "7 illik gəlir vergisi tətili effektiv olub" Bu gün, 11:48 Avropa 2025-ci ildə iqlim böhranını ağır yaşayıb Bu gün, 11:48 Boğazdakı yük gəmisi Müge Anlının villasına çırpılıb? Bu gün, 11:48 Şuşaya gedən ailə qəzaya düşdü: Ölən və yaralanan var Bu gün, 11:48 Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA Bu gün, 11:48 Kürdəmirdə ev yanıb, bir nəfər ölüb Bu gün, 11:48 Azərbaycan nefti 2 dollardan çox bahalaşıb Bu gün, 10:48 Qubadlıda yeni yaşayış məhəlləsi tikiləcək – 36,2 milyonluq LAYİHƏ Bu gün, 10:48 Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI Bu gün, 10:48 Bakıda qəzaların sayını belə azaltmaq olar - YENİ TƏKLİF Bu gün, 10:48 Yevlaxda avtomobil qəzası olub, 10 yaşlı qız ölüb Bu gün, 10:48 Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları saxlanılıb Bu gün, 10:48 Zelenski: Ukrayna silah ixracına başlayacaq Bu gün, 10:48 Arzu Əliyeva Şəki səfərindən paylaşım edib Bu gün, 10:48 Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 10:48 "Daha da yaxşı işləyəcəyəm" - Məzahir Pənahov Bu gün, 10:48 Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil" Bu gün, 10:48 Məşhur ticarət mərkəzi BAĞLANIR? Bu gün, 09:48 Bu gün Bakının iki rayonunda qaz kəsiləcək Bu gün, 09:48 "Prezident Kuboku 2026": Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Atletiko" Madriddə "Arsenal" ilə qarşılaşacaq Bu gün, 09:48 Ebru Gündeşin estetik əməliyyatının qiyməti hamını şoka saldı Bu gün, 09:48 17-22 may tarixlərində Bakı Metrosunun iş rejimi dəyişəcək Bu gün, 09:48 "PSJ" öz meydanında "Bavariya"nı məğlub edib Bu gün, 08:48 Bakıda evdə YANĞIN: Mənzilin sahibi həyatını itirdi Bu gün, 08:48 Gürcüstanda 10 yaşlı azərbaycanlını maşın vurub öldürdü Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR