
Bakının Xətai rayonunda, Məhəmməd Hadi küçəsində obyektlərdən birində qoyulan qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) bildirilib.
Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən həmin reklam sökülüb.
Xatırladaq ki, sözügedən reklam mətni ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb və narazılığa səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.