26-08-2025, 18:48 387

DİM: 57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub

Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 57 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub. Avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 839 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.80%). TC altqrupunda isə göstərici 100%-dir və boş yer qalmayıb. III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi əvvəlcədən bizə imkan verirdi ki, müsabiqə vəziyyətinin yüksək olacağını proqnoz edək, həmçinin subbakalavrların şanslarının az olacağı vurğulanmışdı. Müsabiqə nəticələrinə əsasən də, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.

II ixtisas qrupu üzrə də 98.12% olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (3079 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.

I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 2842 nəfər qəbul olunub. Ümumilikdə I ixtisas qrupunda plan yerləri 92.25% dolub. IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 95.39% və 96.84% dolub.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 43 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, bundan əlavə, 26 ali təhsil müəssisəsində 90%-dən çox dolub.

Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı 6461-dir və ötənilki göstəricidən 826 nəfər daha azdır. Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texnologiya Universiteti (589), Mingəçevir Dövlət Universiteti (506 nəfər) və Azərbaycan Dövlət Aqrar Universitetinə (459 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 47.75%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 42.04%-nin subbakalavr olduğunu görərik.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1549 (RK üzrə 1255, Rİ üzrə 294) plan yeri boş qalıb. Boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. RK altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 4 nəfərdir. Rİ altqrupu üzrə müvafiq say 38-dir. RK altqrupunda ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 599 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər yalnız Şərabçılıq (tədris ingilis dilində) ixtisasını seçə bilərlər (ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayanlar). Digər ixtisaslar üzrə boş yerlər qalmayıb.

II ixtisas qrupu üzrə 278 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Bu şərti ödəyərək müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 18 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.

III ixtisas qrupu üzrə 30 (hamısı DT altqrupu üzrə) plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. DT altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 3249 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.

IV ixtisas qrupu üzrə 218 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 233 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı isə 291 nəfərdir. Bu abituriyentlər yalnız Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvakultura ixtisaslarını seçə bilərlər (rus bölməsi üzrə yalnız "Садоводство и овощеводство").

V ixtisas qrupu üzrə 144 plan yeri boş qalıb. Lakin bir daha abituriyentlərin diqqətinə çatdırırıq ki, boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar (müvafiq komissiyalar) üzrə müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 27-si gün ərzində "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunacaq. Belə ki, keçirilmiş müsabiqə nəticəsində "Abituriyent" jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara qəbul aparılmayacaq və "Abituriyent" 7 jurnalında verilməyəcək. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunacaq.

Paylaş

Xəbər lenti

Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb Bu gün, 16:48 Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? Bu gün, 16:48 Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI Bu gün, 16:48 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var Bu gün, 16:48 Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb Bu gün, 16:48 Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib Bu gün, 16:48 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı Bu gün, 16:48 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib Bu gün, 15:48 To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur Bu gün, 15:48 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" Bu gün, 15:48 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır Bu gün, 15:48 Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq Bu gün, 15:48 Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq Bu gün, 15:48 Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq Bu gün, 15:48 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat etdi Bu gün, 15:48 "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv Bu gün, 15:48 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü Bu gün, 15:48 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar Bu gün, 15:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb Bu gün, 15:48 Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48 PAŞA Holding COP-da niyə iştirak edir? Bu gün, 13:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi Bu gün, 13:48 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu Bu gün, 13:48 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı Bu gün, 13:48 İmaməddin Xəlilov: "Xəsarətim ciddi olmasaydı, yenidən qızıl medal qazanacaqdım" Bu gün, 13:48 Vyetnam Prezidenti: "Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" Bu gün, 12:48 Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır" Bu gün, 12:48 Qırğızıstanın səhiyyə naziri həmkarını əməliyyat edib Bu gün, 12:48 Gəncədə tanınmış riyaziyyatçı alim vəfat edib Bu gün, 12:48 Azərbaycan millisinin futbolçusu İtaliya klubu ilə müqaviləsini uzatdı Bu gün, 12:48 Maşın almaq arzusu ilə kredit götürdü, pulu oğurlandı Bu gün, 12:48 İrandan qanunsuz gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb - DİN-dən böyük ƏMƏLİYYAT Bu gün, 12:48 Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib Bu gün, 11:48 Beyin qocalmasının qarşısını almağın sadə yolu açıqlandı Bu gün, 11:48 Rusiyada hovuzda xlor sızması: 15 nəfər zəhərləndi Bu gün, 11:48 Hövsanda maşın şirniyyat mağazasına çırpılıb Bu gün, 11:48 Osimhen "Mançester Yunayted"ə gedir? - İngilislərdən transfer iddiası Bu gün, 11:48 Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər Bu gün, 11:48 Bakıda 74 yaşlı kişi futbol oynayarkən stadionda ölüb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR