27-08-2025, 10:48 488

Xəstənin ölümündə günahlandırılan həkim yenidən azadlığa buraxıldı

Ali Məhkəmədə səhlənkarlıqda və rüşvətalmada tərqsirlədirilən Füzuli Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrahı Azad Hüseynzadənin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilib və ona şərti cəza verilib. Azad Hüseynzadə azad olunub.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Hüseynzadəyə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdu. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətləri təmin olunmamışdı. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdi. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 311.3.2-ci (rüşvətalma) maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilmişdi.

Belə ki, Azad Hüseynzadənin əməli CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 (dələduzluq) və 178.2.3-cü maddələrinə tövsif edilmiş və o, CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmişdi. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə CM-in 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdi. Azad Hüseynzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən dərhal azad olunmuşdu. Ali Məhkəmə isə kassasiya protestinə əsasən, ləğv edilməsi və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini qərara almışdı. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, Azad Hüseynzadə 3 il 1 ay 20 gün müddətə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Füzuli rayonu, Araz Dilağarda kənd sakini Gülnar Ağakişiyeva və Beyləqan rayonu, Dünyamalılar kənd sakini İncibəyim Məmmədquliyevanın Füzuli Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadənin ayrı-ayrı vaxtlarda cərrahi əməliyyat zamanı etdiyi səhv nəticəsində Gülnar Ağakişiyevanın səhhətində fəsadların yaranması, İncibəyim Məmmədquliyevanın isə ölməsi ilə bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Azad Hüseynzadə CM-in 314.2 (səhlənkarlıq - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 311.3.2-ci (rüşvətalma - təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

Paylaş

Xəbər lenti

Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub Bu gün, 19:48 Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb Bu gün, 19:48 Bakıdan Şamaxıya işləməyə gedən müəllimə: "İlk dəfə gələndə ağladım" Bu gün, 19:48 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı Bu gün, 19:48 Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ Bu gün, 19:48 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib Bu gün, 18:48 Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? Bu gün, 18:48 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 18:48 Bu deputatın mandatı ləğv edildi Bu gün, 18:48 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" Bu gün, 18:48 Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb Bu gün, 18:48 Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB Bu gün, 18:48 Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də... Bu gün, 17:49 Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub Bu gün, 17:48 SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb Bu gün, 17:48 Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası üzə çıxıb Bu gün, 17:48 Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ Bu gün, 17:48 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır Bu gün, 17:48 Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var Bu gün, 16:48 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar? Bu gün, 16:48 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Bu gün, 16:48 Daha bir yolda mikromobillik zolağı təşkil olundu Bu gün, 16:48 Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndiriləcək - Kimlər imtahan verməyəcək? Bu gün, 16:48 Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Öskürək zamanı bu iki qidadan uzaq durmaq tövsiyə olunur Bu gün, 16:48 Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 16:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib Bu gün, 16:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Sentyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 "Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir Bu gün, 15:48 Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan və Yunanıstan turizm sahəsində 3 illik fəaliyyət planı imzalayıb Bu gün, 15:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı Bu gün, 15:48 Yaşar Gülər: Sülhü qorumaq üçün müharibəyə hazır olmalıyıq Bu gün, 15:48 57 yaşlı müğənni reanimasiyadan çıxdı - Ona qaraciyər köçürüləcək Bu gün, 15:48 Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da Bu gün, 15:48 Yeniyetmə oğlan infarktdan öldü Bu gün, 14:49 Sabah Azərbaycanda leysan yağacaq Bu gün, 14:49 Sabah Bakının bu rayonunda su kəsiləcək Bu gün, 14:49 "Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir Bu gün, 14:49 Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər Bu gün, 14:49 Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq Bu gün, 14:48 Emrahın oğlu Zaqatalada belə dincəlir Bu gün, 14:48 Gəncədə 5 şagird zəhərlənib, araşdırma başlanılıb Bu gün, 14:48 KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxladı Bu gün, 14:48 Azərbaycan Basketbol Liqasının qalibi olan klub 1 milyon 400 manat mükafat qazanacaq Bu gün, 13:48 "Sovetski"də meyit aşkarlandı Bu gün, 13:48 Şərurun 14 kəndində işıq olmayacaq Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR