28-08-2025, 20:48 317

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin əhəmiyyətini

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində mühüm məsələlərə toxunaraq, bir daha ölkəmizin regional və beynəlxalq siyasətdəki aparıcı mövqeyini dünyaya nümayiş etdirdi.

Bu fikirləri "Report"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

"Dövlətimizin başçısının səsləndirdiyi fikirlər regionun gələcəyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və Azərbaycanın strateji əhəmiyyətinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu, yalnız milli maraqların ifadəsi deyil, eyni zamanda regional sabitlik və əməkdaşlıq üçün yol xəritəsi xarakteri daşıyır", - deputat bildirib.

Onun sözlərinə görə, beynəlxalq arenada siyasi və iqtisadi böhranın dərinləşdiyi bir vaxtda bütün bu proseslərin dəqiq və düzgün analiz edilib yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir:

"Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycanın uğurlarının mərkəzində Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, liderlik bacarığı və hadisələrə dərin yanaşması dayanır. Liderlik yalnız qərar vermək deyil, həm də mürəkkəb beynəlxalq münasibətlər sistemində düzgün mövqe sərgiləməkdir. Dövlət başçımız məhz bu mövqeyi ilə ölkəmizi həm regional, həm də qlobal miqyasda söz sahibi olan güclü dövlətə çevirib".

S. Salmanova söyləyib ki, Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla avqustun 8-də Vaşinqtonda baş tutan görüşü Cənubi Qafqazda müharibə mərhələsinin başa çatması kimi dəyərləndirib:

"Azərbaycan öz gücü, iradəsi və milli birliyi sayəsində beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa edib. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Bu hadisə Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və uzunmüddətli münaqişənin diplomatik yolla həllinə doğru atılan əhəmiyyətli addım olacaq. Həmin sənəddə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdırmaq öhdəliyini öz üzərinə götürüb. Əgər onlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Dövlətimizin başçısı bu məsələyə xüsusi toxunaraq qeyd etdi ki, "Vaşinqtonda imzalanan sənədlər bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil". Həmin razılaşmanın Ermənistan tərəfindən pozulması isə bütün dünyaya qarşı çıxmaq deməkdir. Bu da Ermənistanın özü üçün ciddi problem yarada bilər. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə ölkəmizin xeyrinədir. Prezidentimizin bəyan etdiyi kimi, əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik".

Deputat həmçinin bildirib ki, Azərbaycan lideri müsahibəsində toxunduğu mühüm mövzulardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır:

"Dövlətimizin başçısının açıqlamaları göstərdi ki, bu məsələ Azərbaycanın regional siyasətində həlledici prioritetlərdən biri olaraq qalır. 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas tələblərindən biridir. Bu, sadəcə infrastruktur layihəsi deyil, strateji təhlükəsizlik, milli birliyin təmin olunması və regionun iqtisadi inteqrasiyası üçün həyati əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan vətəndaşlarının ölkənin əsas hissəsindən Naxçıvana maneəsiz və təhlükəsiz gediş-gəlişi təmin edilməlidir. Prezidentimizin dediyi kimi, yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil: "Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP ("Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu") meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur".

S. Salmanova hesab edir ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük strateji faydalar vəd edir:

"Bu layihə Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsi ilə yanaşı, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına da mühüm töhfə verəcək. Eyni zamanda, bu, regionun iqtisadi inteqrasiyasını gücləndirəcək, əməkdaşlıq imkanlarını artıracaq və yeni geosiyasi reallıq yaradacaq".

Paylaş

Xəbər lenti

Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib Bu gün, 00:48 Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? Dünən, 23:48 Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır Dünən, 23:48 Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub Dünən, 23:48 "Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər Dünən, 23:48 Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib Dünən, 23:48 İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir? Dünən, 22:48 YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar Dünən, 22:48 Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb Dünən, 22:48 Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? - Mütəxəssis açıqladı Dünən, 22:48 Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı Dünən, 22:48 "OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı Dünən, 21:48 Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb Dünən, 21:48 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək Dünən, 21:48 Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ Dünən, 21:48 G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər Dünən, 21:48 İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib Dünən, 20:48 "Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı Dünən, 20:48 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı Dünən, 20:48 Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi Dünən, 20:48 Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Dünən, 20:48 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Dünən, 19:48 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib Dünən, 19:48 Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm Dünən, 19:48 Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək Dünən, 19:48 "Azəristiliktəchizat"dan istilik sistemi ilə bağlı VACİB XƏBƏR Dünən, 19:48 Azərbaycanda ən gənc müəllimin neçə yaşı var? Dünən, 19:48 Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib Dünən, 18:48 Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda! Dünən, 18:48 Bu il neçə uşaq övladlığa və himayədar ailəyə verilib? - RƏSMİ Dünən, 18:48 Azərbaycan Prezidenti: "Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" Dünən, 18:48 Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub Dünən, 18:48 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var? Dünən, 17:48 Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq" Dünən, 17:48 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi Dünən, 17:48 İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur" Dünən, 17:48 İlham Əliyev: Azərbaycanın xarici borcu ÜMD-ə nisbətdə 5,6 % təşkil edir, bu dünyada ən aşağı göstəricilərdən biridir Dünən, 17:48 Pol Aron: "Azərbaycanlı azarkeşlər çox səmimi və xüsusidir" Dünən, 17:48 Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib Dünən, 16:48 Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib Dünən, 16:48 "Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək Dünən, 16:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş... Dünən, 16:48 İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq Dünən, 16:48 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək Dünən, 16:48 YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR