
Azərbaycanın ilk Beynəlxalq İnvestisiya Forumu sentyabrın 22-23-də Bakıda keçiriləcək.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev "Gələcək karyeralar: necə aktual, hazır və tələb olunan qalmaq olar" mövzusunda keçirilən panel müzakirələrdə bildirib.
"Biz forumu Formula 1 Azərbaycan Qran-Prisindən dərhal sonra keçirməyi qərara aldıq, çünki tamamilə unikal mövqedəyik. Tədbir İtaliyadakı tərəfdaşımız "The European House - Ambrosetti" ilə birgə "Euronews"un dəstəyi və "Bloomberg"dən dəvət olunmuş qonaqların iştirakı ilə təşkil olunacaq", - o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.