31-08-2025, 21:48 517

45 illik səhnə həyatı və faciəli itki: İrəvan Teatrının qəhrəman aktyorları xatirələrini bölüşdülər

Hər ikisi böyük fədakarlıqla İrəvanda Azərbaycan teatrını yaşadıblar. 1967-ci ildən 1988-ci ilə qədər Qərbi Azərbaycanın rəmzi olan teatrın adını qoruyub, təbliğ ediblər. Teatrın fəaliyyəti Bakıda bərpa olunandan sonra qaçqınlıqda yaşayan Qərbi azərbaycanlıların dərdini, problemini əks etdirən tamaşalarla çıxış edib. Ömürlərinin 45 ilindən çoxunu bu teatrın yaşamasına həsr ediblər.

Xalq artisti Vidadi Əliyevlə ömür-gün yoldaşı, Xalq artisti Elmira İsmayılovanın bu il 80 yaşı tamam olur (1 sentyabr Vidadi Əliyevin, 13 noyabr Elmira İsmayılovanın 80 illik yubileyidir).

İndi onlarla söhbət etmək o qədər də asan deyil. İki ildən çoxdur ki, mətbuatla ünsiyyət qurmurlar. Hətta sırf yaradıcı mövzularda müsahibədən də imtina edirlər. Sevimli övladları Oqtayın faciəli ölümündən sonra özlərinə çəkiliblər.

Qocaman aktyorlar nəhayət, bu sükutu pozdular. 80 illik yubileyləri ərəfəsində ömürlərini həsr etdikləri İrəvan Dövlət Azərbaycan Dram Teatrından, sevimli övladlarını əllərindən alan faciədən, xatirələrdən, qarşılaşdıqları haqsızlqılardan danışdılar.

AVESTA.AZ bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Ürəyimiz teatrda qaldı"

- Təxminən 10-15 il əvvəl sizin hər ikinizlə ayrı-ayrılıqda görüşüb müsahibə hazırlamışam. Əlbəttə, o vaxtdan çox sular axıb, çox şeylər dəyişib. Hər ikiniz ömrünüzü İrəvan Teatrının qurulmasına, yaşamasına həsr eləmisiniz - bu tarix isə dəyişməyib. Sonuncu dəfə teatrın səhnəsinə nə vaxt çıxmısınız?

Vidadi Əliyev: 2016-cı ildə. Demək olar ki, hər ikimiz eyni vaxtda tamaşada oynadıq.

Elmira İsmayılova: Yaşla əlaqədar işləyə bilməzdik. Dedilər ki, 65 yaşdan sonra təqaüdə çıxmalısınız...

- Demək olar ki, ürəyiniz teatrda qaldı?

Vidadi Əliyev: Əlbəttə, ürəyimiz teatrda qaldı. Biz o teatrın bütün yükünü çiynimizdə daşımışıq. Ermənilərin içərisində o teatrı hansı əziyyətlə yaşatmışıq, tanıtmışıq. Təkcə aktyor və yaradıcı adam olmamışıq, hər işi özümüz görmüşük ki, teatr yaşasın. İrəvandan Bakıya gələndən sonra çətinliklər ikiqat artdı. Nə dövlət pul verirdi, nə yer, nə pal-paltar vardı. Özümüzlə heç nə gətirə bilməmişdik. Adamın vicdanı götürmürdü ki, əzab-əziyyətlə orada yaşatdığın teatr burada məhv olsun. Bu, İrəvanda Azərbaycanın yeganə mədəniyyət ocağı idi. O tarixi saxlamaq lazım idi.

- Bəs İrəvan Teatrının indiki vəziyyəti necədir?

Vidadi Əliyev: Teatr yenə işləyir, qastrollara gedir. Rəsulzadə qəsəbəsində teatr üçün bina da tikilib, amma hansısa səbəbdən açılışı baş tutmur. Teatr binasının qapısı bağlıdır. Artıq 3 ildir ki, vəziyyət belədir.

Elmira İsmayılova: Aktyorlar Binəqədi Mədəniyyət Evində hazırlaşırlar.

- Bakıya dönəndən sonra niyə başqa teatrda çalışmadınız? Bu, İrəvan Teatrına sədaqət idi, yoxsa dəvətlər yox idi?

Elmira İsmayılova: Dəvətlər var idi. "Muzkomediya"nın rəhbəri Hacıbaba Bağırov məni dəvət etdi. Düzü, onunla heç görüşmədim. Bir neçə il sonra Afaq Bəşirqızı mənə zəng vurdu ki, gəl, bir söhbət edək. Getdim, görüşdük. "Sən nə qədər orada qalacaqsan, gəl, bizdə işlə?" dedi. Mən də dedim ki, öz teatrımı necə atım gəlim? Bu, bir təəssüb məsələsi idi. Mən özüm irəvanlıyam. Dədə-babam İrəvan xanının nəslindəndir. Mən o teatrı atıb necə gedə bilərdim? Vidadi də bir neçə teatra dəvət almışdı, amma o da getmədi.

Vidadi Əliyev: Biz heç yerə gedə bilmədik...

"Biz demək olar ki, heç tərəf-müqabil olmamışıq"

- Uzun illər bir yerdə işləmək, birgə səhnəyə çıxmaq təəssüratlarınız necədir?

- Elmira İsmayılova: Biz demək olar ki, heç tərəf-müqabil olmamışıq. Anarın "Şəhərin yay günləri"ndə Vidadi Qiyas rolunu, mən də Dilarəni oynayırdım. Sonra bir-iki tamaşada da rollarımız oldu. Amma başqa tamaşalarda birgə oynamamışıq. Birgə işləməyimizin mənfi tərəfləri də vardı: sənət adamı kimi evdə qayğılarımız kənarda qalırdı, teatrın söhbətini edirdik. Sənət mübahisələrimiz olurdu. Ayrı yerlərdə işləsəydik, işin söhbəti də evə gəlməzdi. Bir yerdə işləməyin çətinliyi də budur. Hətta uşaqlar da teatrda böyüdülər. Onlar da gəlib söhbətə qarışırdılar. Elçin 4 yaşı olanda "Atayevlər ailəsi"nə gəldi. Vidadi prokuror rolunu oynayırdı. Bir də eşitdik ki, Elçin gecə gəlib yatan yerdə Vidadiyə deyir ki, o, sənə belə deyəndə sən onun yaxasından tut silkələ. Bizim uşaqlar o mühitdə böyüyürdülər.

- Təbii, övladlarınızın hər ikisinin televiziyanı seçməsi, sənətə meyli də bu mühitdən qaynaqlanıb...

Elmira İsmayılova: Oqtayın Tibb İnstitutuna daxil olmaq üçün böyük şansı vardı. Dərslərini yaxşı oxumuşdu. Vidadinin xalası oğlu Kemerovada yaşayırdı və şəhərin səhiyyə rəhbəri onun qonşusu idi. "Oqtay, gəl mənim yanıma, hansı fakültəni istəyirsən, burada oxuyarsan", - deyə təklif etdi. Amma Oqtay "mən İncəsənət İnstitutunda oxuyacağam", - dedi. Mən də "sənə Bakıya getməyə yol pulu verməyəcəyəm", - deyə bildirdim. İstəyirdim ki, o, Tibb İnstitutunda oxusun. "Vermə, 10 manatım var, bilet alıb gedəcəyəm", - deyə inadından dönmədi. O vaxt İrəvandan Bakıya qatarlar işləyirdi. Bilet alıb getdi. Bir də "tələbə biletimi alıb gəlirəm", - deyə zəng etdi. Bizim Oqtayla Elçinin sənət seçiminə heç bir müdaxiləmiz olmayıb. Özləri nə istədilər, onu da seçdilər. Elçinin oxuduğu aspiranturanın yerini heç bilməmişəm. Doktorluq müdafiə edəndə getdim.

"Maaş olmadan da işləməyə razı idim"

- Sonuncu oynadığınız tamaşanı necə xatırlayırsınız? Səhnə ilə vida tamaşasını...

Vidadi Əliyev: "Abidənin dastanı" adlı tamaşa idi. Tarixi hadisələrdən - erməni-azərbaycanlı münasibətlərindən, Nuru Paşanın gəlişindən bəhs edirdi. Tamaşanı Türkiyədə oynadıq, böyük anşlaqla qarşılandı.

Elmira İsmayılova: Çox möhtəşəm idi. Ana rolunda mən, yaşlı kişi rolunda Vidadi oynayırdı. Demək olar ki, bu, bizim vida tamaşamız oldu.

- Yəqin ki, səhnədən ayrılmaq asan olmadı...

Vidadi Əliyev: Əlbəttə, asan olmadı. 46-47 il səhnədə oynayasan, birdən hər şeyi atıb əliboş dayanasan.

Elmira İsmayılova: Təqaüd yaşı məsələsini ortaya atdılar. Mən teatrdan çıxandan sonra 5 il televiziyada işlədim. Bu, mənim üçün çox yaxşı oldu. Pandemiya başlayanda işlədiyim "5 gəlin" verilişi bağlandı. Bilsəydim, Bakıya gələndən sonra elə televiziyada çalışardım. Televiziyada işlədiyim vaxtlarda hansı qapını açırdımsa, hörmətlə qarşılayırdılar. 50 il teatrda işlədim, heç o qiyməti vermədilər. 65 yaşdan sonra təqaüdə çıxma qaydası incəsənət işçilərinə aid olmamalıdır. Bəs kinoda, teatrda yaşlı rolları kim oynasın? Mən yaşda olan adamın rolunu 25 yaşda aktrisa necə oynaya bilər? Mən nə danışığımı, nə ağlımı itirmişəm. Əlbəttə, 10 il əvvəl - səhnədən ayrılanda daha fərqli idim. Bütün rolları oynaya bilərdim. Dedilər ki, qoy cavanlara iş yeri olsun. Bəyəm teatrda verilən maaşla işləməyə cavanlar gedirlərmi? Hamı kinoya, seriala çəkilməyə qaçır. Bir-iki teatr yaşlı aktyorları öz hesabına saxlayır. Qalan yaşlı aktyorların hamısını uzaqlaşdırıblar.

Vidadi Əliyev: Mən razı idim ki, maaş verməsinlər, amma işləyim. Vaxt olub, eyni zamanda 8-9 iş görmüşəm, heç birinin maaşını almamışam. Bu təklifi də etdim ki, gəlib rollarımı oynayım, heç bir maaş lazım deyil. Amma elə bir münasibət gördüm ki, o qədər sevdiyim teatrdan üzümü çevirdim...

"Mən onsuz yaşaya bilmirəm"

- İndi dəvət olsa, qəbul edərsiniz?

Elmira İsmayılova: Yox, getmərəm. Bir neçə dəfə dəvət olub. Heç yerə getmirəm. Heç verilişlərə də getmirəm. Gedə bilmirəm. Hətta mən qonaq gedə bilmirəm. Mən dərdimi kiminləsə paylaşmağa aparmaq istəmirəm. Heç cür çəkə bilmirəm. Oqtay mənim üçün tək oğul deyildi. Həm qardaş idi, həm ata idi, bir sözlə, həmdərd idi. Nə sözüm olsa onunla bölüşürdüm. Mən onsuz yaşaya bilmirəm (ağlayır). Həyatda bütün ümidini itirmək bilirsiniz necə ağırdır...

"Həyat mənim üçün o gün söndü"

- Acınızın nə qədər dərin olduğunu başa düşürəm və təsəlli üçün söz tapa bilmirəm. Amma bu, həyatdır. Sizin başqa övladınız, nəvələriniz var...

Elmira İsmayılova: Elçin var, Dilarə var, nəvələr var. Bizi bircə gün də diqqətsiz qoymurlar. Amma hər kəsin öz yeri var. Hər meyvənin öz dadı var. Həyat mənim üçün o gün söndü. Sonuncu dəfə martın 20-də buraya gəldi. Hər şey alıb gətirmişdi. "Xonça bəzə, şam yandırarsan", - dedi. Çıxıb gedəndə "boyum da çatmır, əyil, üzündən öpüm" deyəndə "əsgər gedirəm?", - deyə zarafata saldı. "Sabah gələcəm", - deyib getdi. Amma gəlmədi... Balaca bir əl telefonum vardı. Oqtay həmişə o telefona zəng edirdi. O hadisədən sonra üç gün həmin telefon işləmədi. Ustaya apardılar. "Bu, düzəlməyəcək", - dedi. Üç gündən sonra telefon öz-özünə açıldı, möcüzə oldu. Elə bil o cihaz da hadisəni başa düşmüşdü. İnanın, indi gözümdə heç nə yoxdur. Elə bil hər şey yuxu idi...

- Zaman bütün yaralara məlhəm olur...

Elmira İsmayılova: Zaman heç nəyi sağaltmır. Keçib gedir, heç nə edə bilmirsən. Mən onda hiss etdim ki, insan nə qədər çarəsiz olarmış. Sapsağlam adam bir dəqiqənin içində yox oldu. Dilarə deyir, danışıb gülürdük. Birdən Oqtaydan səs gəlmədi, çağırdım, hay vermədi. Nə ürəyində, nə başqa orqanında problem olub. Ekspertiza da "nə olubsa, Allahla öz arasında olub", - deyib". Yazısı ora qədərmiş...

"Yalnız şəkillərdə qaldı hər şey"

- Sizin teatrın tarixində xidmətləriniz var. Arxivlərdə, fondlarda, yaddaşlarda, ürəklərdə rollarınız, tamaşalarınız qalıb...

Elmira İsmayılova: Şəkillər qaldı... O vaxt tamaşanı lentə alıb saxlamaq imkanı yox idi. Teatr Cəmiyyətindən gəlib şəkillər çəkirdilər. Yalnız şəkillərdə qaldı hər şey...

- Necə bilirsiniz, ən yaxşı rolunuz artıq oynanılıb?

Vidadi Əliyev: Yox...

Elmira İsmayılova: Mən istədiyim rolları oynamışam. Nə arzulayırdımsa, oynamışam. Teatr yaxşı əsərlər götürüb, mən də hamısında ürəyim istəyən rollarda səhnəyə çıxmışam. Ürəyimdə qalan heç nə olmayıb. Hər il dörd təzə tamaşa hazırlanırdı. Mən hamısında var idim. Hələ "əsər oxunanda ən yaxşı rol bunundur", - deyə mübahisələr düşürdü. Hər il 180-200 tamaşanı İrəvan yaxınlığındakı ayrı-ayrı kəndlərdə, Azərbaycanın rayonlarında oynayırdıq. Qastrollara görə heç yerə getmək imkanımız da yox idi. Bütün günlərimizi teatra həsr edirdik, başqa cür mümkün deyildi.

Vidadi Əliyev: Mən sevdiyim işlə məşğul olmuşam. Əzab, zülm olub, amma işimi sevmişəm. Təsəvvür edin, 47 il işləmişəm, heç vaxt qrim otağı görməmişəm. Bunun nə demək olduğunu təsəvvür edirsiniz? Elə o küncdə-bu küncdə, pəncərə ağzında, pərdə arxasında qrim etmişik... O şərait olmadı, indi də yoxdur... Hətta qapını açıb içəri girməyə icazə yoxdur.

- Elə bir qaynar dövrdən sonra belə susqun bir dövr...

Elmira İsmayılova: Oqtayın başına gələn faciə olmasaydı... Mən qaynar adamam, yenə susqunluq olmayacaqdı. Ən azı, ekspert kimi verilişlərə gedirdim.

Vidadi Əliyev: Mən indi də kinoya dəvət alıram. Odur, rejissor stolun üstünə ssenarini gətirib qoyub. Çəkilişlər Şamaxıda olacaq. Deyirəm ki, mənim səhhətimə uyğun deyil, əvvəlki əhvalda da deyiləm. Yəni dəvətlər yenə də var...

- Teatrdan uzaqlaşdığınız bu müddətdə sizinlə heç maraqlanan olmayıb? Əlaqədar qurumları nəzərdə tuturam...

Elmira İsmayılova: Yox, niyə maraqlansınlar? Nəylərinə lazımdır? Onlara lazım olmayanlara ögey baxırlar.

Vidadi Əliyev: Həyətdə qonşular da bizə fəaliyyətimizə görə təqaüdün, mükafatın verilib-verilməməsi ilə bağlı soruşurlar. Deyirəm ki, hər adama vermirlər ki... Uzun illər teatrda, kinoda can qoyduq, təəssüf ki, axırda da belə münasibət görürük...

Paylaş

Xəbər lenti

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR