2-09-2025, 18:48 356

Bakıda ev almaq istəyənlərə VACİB XƏBƏR - Ərazilərə görə yeni qiymətlər

Bu ilin avqust ayında Bakının bütün rayonlarında daşınmaz əmlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a ekspert Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, bahalaşma həm mənzilləri və fərdi yaşayış evlərini, həm torpaq sahələrini, həm də qeyri-yaşayış obyektlərini əhatə edib. Artım templəri seqmentlər üzrə fərqlənsə də, ümumi tendensiya sabit bahalaşmanı göstərir.

Köhnə tikili mənzillər: Səbail rayonu bahalaşmada liderdir

V.Oruc deyir ki, son bir ildə paytaxtın mərkəzi rayonlarındakı köhnə tikililərdə qiymət artımı yeni tikililərdəki qiymət artımını geridə qoyub. Onun sözlərinə görə, Səbail rayonunda 25,2 %, Yasamal rayonunda 24,5 %, Nəsimi rayonunda isə 19,6 % bahalaşma qeydə alınıb. Bu, insanların mənzillərin yeni və yaxud köhnə olmasına baxmayaraq mərkəzdə yaşamağa meylinin güclənməsindən xəbər verir.

Digər rayonlarda isə qiymət artımı nisbətən az olub. Nərimanov rayonunda 17,2 %, Xətai rayonunda 13 %, Sabunçu rayonunda 12,4 %, Nizami rayonunda 10 %, Xəzər rayonunda 9 %, Binəqədi rayonunda 8,5 %, Suraxanı rayonunda 7 %, Qaradağ rayonunda 6,5 %, Pirallahı rayonunda isə cəmi 1,4 % bahalaşma qeydə alınıb.

Yeni tikili mənzillər: Xətai rayonu bahalaşmada öndə gedir

İl ərzində Bakıda yeni tikili mənzillərin qiymətlərində ən yüksək artım Xətai rayonunda qeydə alınıb – 24 %. Bahalaşma Yasamal rayonunda 23 %, Səbail rayonunda 22 %, Nərimanov rayonunda 20,2 %, Nəsimi rayonunda 19,5 %, Nizami rayonunda 17,1 %, Sabunçu rayonunda 12,5 %,Binəqədi rayonunda 12 %, Suraxanı rayonunda 10 %, Xəzər rayonunda 8,5 %, Pirallahı rayonunda 7,4 %, Qaradağ rayonunda isə 6 % olub.

Fərdi yaşayış evləri: Ən kəskin bahalaşma Səbail rayonunda olub

Hesabat dövründə paytaxtda fərdi evlərin qiymətlərində ən çox artım Səbail rayonunda baş verib - 26,5 %. Bahalaşma Yasamal rayonunda 23 %, Nizami rayonunda 18 %, Nərimanov rayonunda 17,8 %, Xəzər rayonunda 16,5 %, Nəsimi rayonunda 15,2 %, Sabunçu rayonunda 14,8 %, Binəqədi rayonunda 13 %, Suraxanı rayonunda 12,4 %, Pirallahı rayonunda 10 %, Xətai rayonunda 9,9 %, Qaradağ rayonunda isə 9 % olub.

Torpaq sahələri: Mərkəzdə bahalaşma sürətlənib

Avqustda Bakının mərkəzində torpaq sahələrinin bahalaşması sürətlənib. Ən yüksək qiymət artımı Səbail (27,8 %), Yasamal (24,7 %) və Nəsimi (22 %) rayonlarında müşahidə olunub. Bu, şəhərin mərkəzi ərazilərində torpaq təklifinin məhdudluğu və investisiya maraqlarının yüksəkliyi ilə bağlıdır. Bahalaşma Nizami rayonunda 20 %, Nərimanov rayonunda 17,5 %, Xəzər rayonunda 18 %, Xətai rayonunda 14,5 %. Binəqədi rayonunda 13,2 %, Sabunçu rayonunda 10,1 %, Suraxanı rayonunda 9,6 %, Pirallahı rayonunda 7 %, Qaradağ rayonunda isə 6,5 % olub.

Qeyri-yaşayış obyektləri: Ticarət və biznes sahələrinə maraq artır

Ay ərzində qeyri-yaşayış sahələri də paytaxtın mərkəzi rayonlarda daha çox bahalaşıb. Belə ki, Nərimanov rayonunda 22 %, Nəsimi rayonunda 21 %, Səbail rayonunda 19,5 %, Yasamal rayonunda isə 19 % qiymət artımı baş verib. Bu, biznes mərkəzlərinə yaxınlıq, xidmət sektorunun inkişafı və kommersiya obyektlərinə artan tələblə əlaqələndirilir. Mərkəzdən kənar rayonlarda bahalaşma templəri bir qədər zəif olub. Sabunçu rayonunda 12,4 %, Xətai rayonunda 12,1 %, Nizami rayonunda 11,9 %, Xəzər rayonunda 10,5 %, Binəqədi rayonunda 10,3 %, Suraxanı rayonunda 8,5 %, Qaradağ rayonunda 7 %, Pirallahı rayonunda isə 5,4 % qiymət artımı olub.

Təklif azalır, tələbat artır

V.Orucun sözlərinə görə, mərkəzi rayonlarda qiymət artımı təklifin az olması və yüksək tələbatla bağlıdır: "Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarında bahalaşma daha sürətli gedir. Çünki bu ərazilərdə torpaq və mənzil bazarında təklif məhduddur, eyni zamanda investorların, şirkətlərin və əhalinin marağı böyükdür. Periferik rayonlarda isə hələ geniş torpaq ehtiyatları və tikinti imkanları olduğuna görə artım nisbətən zəifdir".

AQC sədri hesab edir ki, bu dinamika yaxın illərdə də davam edə bilər: " Ən çox investisiya mərkəz rayonlara yönəldiyi üçün gələcəkdə də mərkəz və kənar ərazilər arasında qiymət fərqlərinin dərinləşməsi mümkündür".

Beləliklə, Bakı daşınmaz əmlak bazarında son bir ildə bütün seqmentlər üzrə iki rəqəmli artım qeydə alınıb. Orta hesabla yeni tikili mənzillər 15,6 %, köhnə tikili mənzillər 11,4 %, fərdi yaşayış evləri 14 %, torpaq sahələri 17 %, qeyri-yaşayış obyektləri isə 13,5 % bahalaşıb.

Paylaş

Xəbər lenti

WUF13-də iştirakla bağlı bu günədək 177 ölkədən 28 mindən çox insan qeydiyyatdan keçib Bu gün, 18:48 Bakı metrosu: Avtobus və taksi xidmətləri ilə inteqrasiya gücləndiriləcək Bu gün, 18:48 ABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? Bu gün, 18:48 İranda müharibədən sonra hava limanlarının dağılması görüntüləri Bu gün, 18:48 Gecikdirilmiş pul vəsaitləri ilə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldI Bu gün, 18:48 Səfir: Qlobal problemin müzakirə ediləcəyi WUF13 Ruanda üçün çox əhəmiyyətlidir Bu gün, 17:48 "Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar AŞKARLANIB Bu gün, 17:48 Anasını bıçaqlayan oğula HÖKM OXUNDU: "Evə narkomanlar gətirirdilər" Bu gün, 17:48 Global Media Group şahmat turniri təşkil etdi Bu gün, 17:48 SOCAR San-Marino ilə təbii qaz tədarükünü müzakirə edib Bu gün, 17:48 "Trendyol Plus" Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər Bu gün, 17:48 Qəbiristanlığa atılan azyaşlının atası tapıldı Bu gün, 17:48 ADSEA: 25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib Bu gün, 17:48 Boşa çıxan "təşəbbüs"lər və Bakı faktoru: Fransa regionda niyə istədiyini ala bilmir? Bu gün, 17:48 Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi Bu gün, 16:48 XƏBƏRDARLIQ - 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən... Bu gün, 16:48 Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB Bu gün, 16:48 Bakı Dəmir Yolu Vağzalının sanitar qovşaqlarından istifadə ÖDƏNİŞLİ OLDU Bu gün, 16:48 Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək Bu gün, 16:48 "Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib Bu gün, 16:48 Bir qrup incəsənət xadiminə Prezident mükafatı verilib - SƏRƏNCAM Bu gün, 16:48 Bakıda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil edəcək Bu gün, 16:48 Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək - SƏRƏNCAM Bu gün, 16:48 Azercell "GiqaAddım" ilə addımları internetə çevirir! Bu gün, 16:48 Bu şadlıq sarayında ətlərdə at DNT-si aşkarlanıb Bu gün, 16:48 Sumqayıtda qaz təchizatı dayandırılacaq Bu gün, 15:48 Pezeşkian İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü bildirib Bu gün, 15:48 Azərbaycanda 4 ayda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlanıb Bu gün, 15:48 Gecikdirilmiş 292,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub Bu gün, 15:48 Rusiyalı funksional çoxnövçülük çempionu öldürülüb Bu gün, 15:48 Amerikalı məşhur falçı yox ola biləcək şəhərləri açıqlayıb Bu gün, 15:48 Sabah bu kəndlərdə qaz olmayacaq Bu gün, 14:48 Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı Bu gün, 14:48 BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək Bu gün, 14:48 Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA Bu gün, 14:48 Agentlik sədrinin müşaviri işdən çıxdı Bu gün, 14:48 ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb Bu gün, 14:48 Rusiya 1 gündə 570 pilotsuz uçuş aparatı vurulub Bu gün, 14:48 Gözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işi Bu gün, 14:48 Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR Bu gün, 13:48 Magistratura imtahanı ilə bağlı VACİB proqnoz Bu gün, 13:48 Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb Bu gün, 13:48 Alimlərdə 2027-ci il ilə bağlı XƏBƏRDARLIQ! Quraqlıq, daşqın və tropik fırtınalar Bu gün, 13:48 İran limanları gəmiçilik və humanitar xidmətlərə açıq elan edilib Bu gün, 13:48 İsmayıllıda 43 yaşlı kişi itkin düşüb Bu gün, 13:48 Bir qrup ukraynalı tələbə Azərbaycanda reabilitasiya xidmətlərinə cəlb olunub Bu gün, 13:48 Cənubi Koreyada robot buddizmə "qəbul edildi" Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR