6-09-2025, 11:48 337

İlin sonunadək Azərbaycanda amnistiya GÖZLƏNİLİR

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. Əfv sərəncamının imzalanması ərəfəsində ilin sonunadək amnistiya aktının da qəbul ediləcəyi barədə xəbərlər yayılmışdı.

Amnistiya əlamətdar hadisələr - dövlət müstəqilliyimizin bərpası, konstitusion islahatlar, suverenliyin möhkəmlənməsi, tarixi şəxsiyyətlərin yubileyləri və digər mühüm ictimai-siyasi hadisələrlə əlaqədar olaraq qəbul olunur. Amnistiyanın da Konstitusiya və Suverenlik ili münasibətilə qəbul ediləcəyi qeyd olunur.

AVESTA.AZ xəbər verir ki, Modern.az-a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, amnistiyanın məhz bu cür simvolik hadisələrlə bağlı qəbul edilməsi bu aktın həm dövlətçiliyimizin humanizm prinsipləri, həm də milli ənənələrimizə uyğun gəlir.

Onun sözlərinə görə, müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib. Bu aktlar ümumilikdə 160 min nəfərə şamil olunub.

"Amnistiyanın mühüm xüsusiyyətlərindən biri odur ki, o, əhatə etdiyi maddələr üzrə şəxsləri ya cəza çəkməkdən azad edir, ya onların cəzasını azaldır və ya cinayət məsuliyyətindən azad edir. Təsadüfi deyil ki, bu ilin əvvəlində də Azərbaycanda amnistiya aktının qəbul edilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb. Eyni zamanda, mənim tərəfimdən də amnistiya aktının qəbul edilməsi istiqamətində təkliflər səsləndirilib.

İlin sonunadək Azərbaycanda amnistiya GÖZLƏNİLİR

Yaxın aylarda Milli Məclisin gündəliyinə daxil ola bilər

Ə.Nuriyev amnistiyanın nə vaxt qəbul oluna biləcəyi barədə suala belə cavab verib:

"Milli Məclisin yaz sessiyasının iclasında qeyd etdiyim məsələ müzakirə predmeti olub. Ənənəvi olaraq belə aktlar ilin əvvəlində və ya ortalarında gündəmə gətirilir. Düşünürəm ki, yaxın aylarda bu məsələ Milli Məclisin gündəliyinə daxil edilə bilər."

Kimlər amnistiyaya düşə bilər?

"Ənənəvi yanaşmaya əsasən, sosial həssas qruplara - azyaşlı övladı olan qadınlara, hamilə qadınlara, müəyyən yaş həddini keçmiş məhkumlara, sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərə, ağır xəstəliklərdən əziyyət çəkən məhkumlara şamil edilə bilər. Eyni zamanda, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərə də şamil olunması ehtimal edilir.

Cəzasının böyük hissəsini çəkmiş, davranışında islah olunma əlamətləri müşahidə edilən şəxslər də amnistiyadan yararlana bilərlər. Cəzasının bitməsinə bir il qalmış şəxslərə, yetkinlik yaşına çatmayan məhkumlara, şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə də şamil oluna bilər".

Hüquqşünasın sözlərinə görə, bu dəfə daha geniş bir kateqoriyaya aid şəxslərin amnistiya aktına daxil edilməsi ehtimalı gözləniləndir:

"Ümid edirəm ki, bu dəfə cəmiyyətdə səslənən fikirləri də nəzərə alaraq qəbul ediləcək Amnistiya Aktı daha geniş və əhatəli olacaq.

Hazırda cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur və bu, idarəetmə baxımından da çətinliklər yaradır. Amnistiya aktı həmçinin bu yükün azaldılmasına xidmət edə bilər. Dünyanın bir çox ölkələrində də bu cür yanaşmalar mövcuddur".

Əliməmməd Nuriyev vurğulayıb ki, elə cinayətlər var ki, onlara amnistiyanın şamil edilməsi ehtimalı yoxdur:

"Bu, xüsusilə ağır cinayətlər - terrorçuluq, dövlətə qarşı cinayətlər və digər ağır kateqoriyalı əməllərlə bağlıdır. Bu da hüquqi və ictimai ədalət prinsipindən irəli gələn bir yanaşmadır.

Amnistiya aktının qəbul edilməsi təkcə azadlığa buraxılan şəxslərin sayı ilə ölçülmür. Bu, eyni zamanda dövlətin humanizm siyasətinin təsdiqi, penitensiar sistemin yüngülləşdirilməsi, məhkumların sosial inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edir. Amnistiya həm də dövlətin gücünün və cəmiyyətdə əmin-amanlıq mühitinin rəmzi kimi çıxış edir. Yalnız güclü dövlətlər belə humanist addımlar ata bilərlər.

Düşünürəm ki, yaxın dövrdə - xüsusilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində - yeni bir amnistiya aktının qəbul olunması ehtimalı yüksəkdir. Bu addım həm dövlətin humanist siyasətinin bir daha ifadəsi olacaq, həm də cəmiyyətə verilən önəmli bir ismarıc kimi dəyərləndiriləcək".

Yekun olaraq o qeyd edib ki, belə bir mühüm hadisə ərəfəsində cəmiyyətdə formalaşan gözləntilər tamamilə təbiidir və buna normal yanaşmaq lazımdır.

"Əlbəttə, bu qərar Milli Məclisin səlahiyyətində olan məsələdir və deputatların iradəsindən asılı olaraq qəbul edilə bilər",- deyə Ə.Nuriyev bildirib.

Paylaş

Xəbər lenti

44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Bu gün, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Bu gün, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Bu gün, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Bu gün, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Bu gün, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Bu gün, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Bu gün, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Bu gün, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Bu gün, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Bu gün, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Bu gün, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Bu gün, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Bu gün, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Bu gün, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Bu gün, 11:48 Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib Bu gün, 11:48 Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA Bu gün, 11:48 Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib Bu gün, 11:48 Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 11:48 Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub Bu gün, 11:48 Rəqs müəllimlərini tənqid etdi: "Uşaqları məhv etməyin" Bu gün, 11:48 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib Bu gün, 11:48 Azərbaycanda ilk və yeganə kapibara ferması: "Nəsimi Bağları"nda daha nələr var? Bu gün, 10:48 Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq Bu gün, 10:48 Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik Bu gün, 10:48 Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? - SƏBƏB Bu gün, 10:48 "Koroğlu" - Bilgəh istiqamətində avtobus problemi: "Tələbatı ödəmir" Bu gün, 10:48 Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb Bu gün, 10:48 Zibil konteynerləri niyə çatışmır? - Bakıda sakinlərin şikayətinə rəsmi cavab Bu gün, 10:48 Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb Bu gün, 09:48 Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası Bu gün, 09:48 Astarada ağır QƏZA: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb Bu gün, 09:48 Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər? Bu gün, 09:48 "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb Bu gün, 09:48 Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb Bu gün, 00:48 Beren Saatdan "Arsen Hanım"a vida… Bu gün, 00:48 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Bu gün, 00:48 "Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir Bu gün, 00:48 Ərdoğan sabah ABŞ-yə səfər edəcək Dünən, 23:48 Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? Dünən, 23:48 XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi Dünən, 23:48 Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib Dünən, 23:48 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi Dünən, 23:48 Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb Dünən, 22:48 Bakıda Formula-1-ə görə bəzi parkinqlər işləməyəcək Dünən, 22:48 Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR