9-09-2025, 19:48 461

Azərbaycanda motosiklet QAYDALARI, CƏRİMƏLƏR...

Motosiklet sürücüləri üçün tətbiq olunan qaydalar dünya üzrə ciddi fərqlilik göstərir. Avropa ölkələrində kaskadan istifadə, qoruyucu geyim, reflektorlu jilet və gündüz LED işığı daim yanılı vəziyyətdə saxlamaq qanunla məcburidir. Məsələn, Almaniya, Fransa və İtaliya kimi ölkələrdə təsdiqlənmiş qoruyucu kaskadan istifadə etməyən sürücülərə yüksək cərimələr tətbiq olunur. Hətta bəzi ölkələrdə motosikletçilərin qoruyucu əlcəkdən istifadə etməsi də şərtdir. Bundan başqa, bir çox Avropa dövlətində sürücülər reflektorlu jilet geyinməli, ön və arxa işıqları daim yanılı vəziyyətdə saxlamalıdırlar.

AVESTA.AZ-in araşdırmasına görə, ABŞ və Kanada isə bu məsələdə fərqli yanaşır. ABŞ-də qaydalar ştatlara görə dəyişir: bəzi ştatlarda kaska məcburidir, digərlərində isə sürücülərin seçimi nəzərdə tutulur. Kanadada isə kaska bütün ölkə üzrə mütləqdir və qayda pozuntularına görə ciddi cərimələr tətbiq olunur. Asiya və Latın Amerikası ölkələrində də oxşar qaydalar mövcuddur, lakin tətbiq səviyyəsi bəzən zəifdir. Məsələn, Hindistan və Pakistan kimi ölkələrdə kaska istifadəsi qanunla tələb olunsa da, çox vaxt bu qayda pozulur. Çin və Rusiyada isə qaydalar regionlardan asılı olaraq dəyişir.

Azərbaycanda isə motosiklet sürücüləri üçün təhlükəsizlik qaydaları qanunla tənzimlənir. Hər bir sürücü təhlükəsizlik kaskası taxmalı və nəqliyyat vasitəsini reflektor elementi ilə təchiz etməlidir. Bu tələblərə əməl etməyən sürücülərə cərimələr tətbiq olunur. Moped, velosiped və A1 kateqoriyalı yüngül motosikletlər üçün minimum sürücülük yaşı 16-dır, bütün növ motosikletlər üçün isə A kateqoriyası tələb olunur və yaş həddi daha yüksəkdir. Sürücülər işıqlı vaxtda belə faralarını yanıq vəziyyətdə saxlamalıdırlar.

Azərbaycanda motosiklet sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər, yoxsa sərt cərimələrlə üzləşirlər. Yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinə əməl etməyən sürücülər 40 manat cərimə ödəyir. Svetofor və ya nizamlayıcının qadağanedici işarəsinə baxmayaraq hərəkət edənlər 100 manat və 3 bal, "Giriş qadağandır" nişanını pozan və ya əks istiqamətə çıxanlar 150 manat və 4 bal, avtomagistrallarda sürət həddinə əməl etməyən və sürmə təlimi qaydalarını pozanlar 100 manat və 4 bal, yol-nəqliyyat hadisəsi yerindən yayınan sürücülər isə 100 manat və 4 bal cərimə ilə üzləşirlər.

Bundan əlavə, bir il ərzində 20 və daha çox bal toplayan sürücülərin idarəetmə hüququ altı ay müddətinə məhdudlaşdırılır. Qayda pozuntusu nəticəsində insan sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə, sürücülər 200 manat cərimə ödəyə və ya bir ilədək sürücülük hüququndan məhrum edilə bilərlər. Bu qaydalar motosikletçilərin təhlükəsizliyini artırmaq və yol qəzalarının qarşısını almaq məqsədilə tətbiq olunur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Toğrul Nəsirli AVESTA.AZ-ə açıqlamasında bildirib ki, əsas məsələ inzibati məsuliyyətə cəlb etmək deyil. Avtomobilə aid olan bütün cərimələr motosiklet sürücülərinə də şamil olunur və 800 manatadək cərimə tətbiq edilə bilər. O, vurğulayıb ki, motosiklet sürücüləri avtomobil sürücüləri kimi qaydalara riayət etməli və işıqforların, nizamlayıcı siqnallarının tələblərinə diqqət yetirməlidirlər.

Şahanə Xankişiyeva

Paylaş

Xəbər lenti

Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI Bu gün, 21:48 Şəhid atası vəfat etdi Bu gün, 21:48 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib Bu gün, 21:48 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT Bu gün, 21:48 "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib Bu gün, 20:48 Bakıda məşhur restoranda biabırçı mənzərə: Fəaliyyəti dayandırıldı Bu gün, 20:48 Ayşən Mehdiyeva: "Buna baxanda ustadlarımdan utanıram" Bu gün, 20:48 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub Bu gün, 20:48 ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb Bu gün, 19:48 Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2026" uğurla baş tutdu Bu gün, 19:48 Azərbaycanda bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək Bu gün, 19:48 Novxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldı Bu gün, 19:48 Bakıda yeni dairəvi yollar tıxaclara son qoyacaq? Bu gün, 19:48 Sürücülərin bal limiti artırıla bilər? Bu gün, 18:48 Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir Bu gün, 18:48 DİN-dən atası və əmisindən şikayət edən 22 yaşlı Nərminlə bağlı AÇIQLAMA Bu gün, 18:48 Bakı-Quba-Rusiya sərhədi ödənişli yolu ilə bağlı AÇIQLAMA Bu gün, 18:48 İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib Bu gün, 17:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib Bu gün, 17:48 Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub Bu gün, 17:48 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi Bu gün, 17:48 Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib Bu gün, 17:48 Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR Bu gün, 17:48 İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib Bu gün, 17:48 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər Bu gün, 16:48 Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var Bu gün, 16:48 Azərbaycanda qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyinə dair yeni Texniki Reqlament təsdiq edilib Bu gün, 16:48 "Aston Villa" Ferran Torresin transferi üzərində işləyir Bu gün, 16:48 Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI Bu gün, 16:48 "Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi Bu gün, 16:48 Psixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır" Bu gün, 16:48 Prezident Efiopiya ilə sazişi təsdiqlədi Bu gün, 16:48 İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq Bu gün, 16:48 Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur Bu gün, 15:48 Paytaxtda yolun ortasında gəzən at sıxlığa səbəb oldu Bu gün, 15:48 Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib Bu gün, 15:48 "Gənclik" parkının yanında  prestijli yaşayış: "Highland Residence"də ipoteka ilə mənzillər-"Kristal" Bu gün, 15:48 Nanə Ağamalıyeva "Xatırla"nı təqdim etdi Bu gün, 15:48 AMB: Dollar əmanətlərinin sığortalanma faizinin dəyişməsində maraqlı deyilik Bu gün, 15:48 Bəzi yerlərə intensiv yağış, Şahdağa qar yağır Bu gün, 15:48 Azərbaycan Belqrad Enerji Forumunda təmsil olunacaq Bu gün, 15:48 Tədrisi digər dillərdə aparılan bölmələrdə 1-ci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat başlayıb Bu gün, 15:48 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar Bu gün, 15:48 Tehranda ticarət mərkəzində yanğın: 8 nəfər ölüb Bu gün, 15:48 Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI Bu gün, 15:48 Rubl ZƏİFLƏYİR - Ekspertlər xəbərdarlıq etdilər Bu gün, 14:48 Taleh Kazımov: "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür" Bu gün, 14:48 Qadağa elektron siqaret çəkənlərin sayını azaldıb? - VACİB AÇIQLAMA Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR