
Ötən gecə Bakının Nizami rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında, "Bakıxanov körpüsü"ndə qeydə alınıb.
Orta yaşlı kişi körpüyə çıxaraq intihara cəhd edib. Daha sonra polis əməkdaşları onu dilə tutaraq aşağı endirməyi bacarıb.
Hadisə anına dair kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.