26-09-2025, 08:48 314

Gəncədə arvadından şübhələnən kişi onu izlətdi:

Gəncə şəhərində 1978-ci il təvəllüdlü Xəlil qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Güllünü (adlar şərti verilib - red) öldürməyə cəhd edib.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, o, 2000-ci ildən nikah münasibətində olduğu arvadı Güllünün onunla yaxınlıq etməkdən imtinasını xəyanət eləməsi ilə əlaqələndirib.

Bu səbəbdən arvadını öldürmək qərarına gəlib. O, bıçaqla qadına zərbələr vurub. Anasının köməyinə gələn övladı atasına aktiv müqavimət göstərib və yaralı anasını dərhal xəstəxanaya çatdırıb.

Vaxtında tibbi yardım alan qadının həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Xəlilin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Davranışı mənə pis təsir etdi"

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, arvadı ilə 2000-ci ildə rəsmi nikaha daxil olub, iki övladları var:

"Güllü ilə aramızda tez-tez mübahisə olurdu. 2022-ci il sentyabrın sonunda evdə mərhum atam Zahidin ölümünün ikinci ildönümü ilə bağlı ehsan süfrəsi açıldı. Bacım Səbinə və qohumlar işdən gələn Güllüyə ehsan yeməyi tövsiyə etsələr də, o imtina etdi. Güllünün bu davranışı mənə pis təsir göstərdi.

Bir neçə gün sonra Güllü işdən gələndə yenidən mübahisə etdi, əsəbiləşərək evin əşyalarını sındırdı, küsərək Məhsəti qəsəbəsinə getdi. Onunla barışdım və evə gətirdim. Təxminən bir həftə sonra Güllü oğlum Sərxanı əleyhinə öyrətdiyimi bəhanə edərək mənimlə mübahisə etdi. Onun niyə bu qədər əsəbi olduğunu araşdırdım və "YouTube" sosial şəbəkəsində həkim-ginekoloqun "vaginizm" xəstəliyi haqqında müsahibəsinə baxdım.

Xəstəliyin əlamətlərinin Güllüdə olması qənaətinə gəldim. Yeni Gəncə qəsəbəsində yaşayan bacımın evinə getdim, bu barədə ona bildirdim. Müsahibədə xəstəliyi daşıyanların öz problemlərini gizlətdiyi qeyd edilib. Bacımla Güllünü Bakı şəhərinə, həmin həkim-ginekoloqun yanına aparmaq barədə razılaşdıq".

"Bu xəstəliyinə görə gətirdiyimi izah etdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Güllü və bacısı Səbinə ilə birlikdə Bakı şəhərində xəstəxanaya gediblər: "Səbinə Güllünü həkimin qəbuluna yazdırdı. Bu zaman o, məsələni başa düşdü. Müayinədən əvvəl bacım həkimə Güllünün əsəbi olduğunu və onda "vaginizm" xəstəliyinin əlamətlərinin sezildiyini dedi.

Müayinədən sonra həkim mənə Güllüdə həmin xəstəliyin əlamətlərinin olmadığını bildirdi. Bacım Səbinə Gəncə şəhərinə qayıtdı, arvadımla mən birlikdə Bakı şəhərində qaldıq.

Saat 18 radələrində arvadımla Gəncəyə qayıdanda hansı səbəbə aldadılaraq onu həkimə gətirildiyimi soruşdu. Mən də xəstəliyinə görə gətirdiyimi izah etdim. Güllü məsələni oğlum Sərxana danışdı, ginekoloqa onunla gedəcəyini dedi. Mən ona oğlumu bu məsələyə qatmamasını bildirdim".

"Polisə təslim oldum"

Xəlil bildirib ki, növbəti gün saat 6-da yuxudan oyanıb, oğlu Sərxan həyətə heyvanlara yem vermək üçün mal tövləsinə gedib:

"Güllü də Sərxanın ardınca getdi. Mən arvadıma oğluma mane olmamağı bildirdim. O, sözümə əhəmiyyət verməyərək oğlumla mübahisəyə davam etdi.

Sərxan işini qurtardıqdan sonra hamama girdi. Güllü isə birinci mərtəbədə yataq otağına daxil olaraq mənimlə mübahisəyə başladı. Mübahisə zamanı Güllü məni, daha sonra mən də onu itələdim. Əlimdə yemək hazırlamaq üçün bıçaq vardı. Çox əsəbiləşdiyim üçün əlimdəki bıçaqla ona zərbələr endirdim.

Güllü xəsarət aldıqdan sonra bərkdən oğlumu çağırdım. O gələndə arvadım döşəmənin üzərinə yıxılmışdı, özüm isə şok vəziyyətdə kənarda durmuşdum.

Sərxan bıçağı əlimdən alaraq yerə atdı, anasına qonşuya getməyi təklif etdi. Anası çıxdıqdan sonra Sərxan da evi tərk etdi. Mən bıçağı, Güllüyə və özümə məxsus mobil telefonları götürərək evdən getdim.

Güllünün telefonunu götürməkdə məqsədim onu kimin öyrətməsini öyrənmək idi. Telefona baxdım, heç nə aşkar etmədim. Bıçağı və telefonları sındıraraq Xan arxına tulladım. Sumqayıt şəhərinə gedərək ad və yerini dəqiq xatırlamadığım hoteldə qaldım. Ardınca polis idarəsinə gedərək təslim oldum".

"Münasibətim olduğunu bildirdi"

İş üzrə zərərçəkmiş Güllünün sözlərinə görə, həyat yoldaşı Xəlil 2022-ci ildə dostları ilə görüşdükdən sonra evə qayıdanda altı ay müddətində bir nəfər şəxsə onu izlətdirdiyini, yolunu azdığını və adına söz çıxdığını deyib:

"Xəlildən məni izləyən şəxsin kim olduğunu və məni harada gördüyünü soruşdum. O isə "getdiyin qapını bilmirsən?!" deyə kinayəli formada cavab verdi.

Sualı təkrarlayanda, Xəlil mənə qonşumuz Ramalgilə getdiyimi, onun oğlu Rafiq ilə münasibətim olduğunu bildirdi".

Güllü qeyd edib ki, növbəti günlərdə Xəlil səhhətində problem olduğu üçün müalicəyə Bakıya getməyi xahiş edib: "Mənə Bakıda işləyən həkimin əmisi oğlunu müalicə etdiyini bildirdi.

Həmin gün saat 05:30-da ərim Xəlil və baldızım Səbinə ilə birlikdə Bakı şəhərinə getdik. Xəstəxanada bildim ki, ərim mənim başqa şəxslə münasibətim olmasından şübhələndiyi üçün ginekoloqa gətirib. Məlumatım olmadan götürdüyü şəxsiyyət vəsiqəsini xəstəxanada həkimə verib, həkimlə təklikdə söhbət edib.

Həkim-ginekoloq tərəfindən müayinə edildikdən sonra Xəlil bacısını Gəncəyə yola saldı. "Bu nə oyundur, başıma açırsan" deyərək ərimlə mübahisə etdim. O mənə evdə cadu qoyduğuma görə səhhətində problem yarandığını dedi. Təkrar onunla mübahisə etdim, boşanacağımı dedim".

"Qəfil kürəyimdən vurdu"

Zərərçəkmiş deyib ki, hadisə günü səhər saat 8 radələrində həyəti süpürdükdən sonra evin birinci mərtəbəsindəki otağa girib:

"Xəlil məni görüb arxamca otağa gəldi. Çantamdan kosmetika götürdüyüm zaman qəfil kürək nahiyəmin sağ və sol tərəfinə bir neçə bıçaq zərbəsi vurdu. Oğlumu çağırdım, o gəlib Xəlilin əlindən bıçağı aldı və qabağını kəsdi. Mən çətinliklə qonşun Cəlilin evinə getdim. O, təcili tibbi yardıma zəng etdi, oğlum da ardımca gəldi. Təcili tibbi yardımla məni Gəncə şəhər 3 saylı xəstəxanaya apardılar".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında uyğun cəza təyin olunmasını xahiş edib.

Gəncə Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlayıb.

Paylaş

Xəbər lenti

Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Bu gün, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Bu gün, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Bu gün, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Bu gün, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Bu gün, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Bu gün, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR