
Səbail rayonunun Rəsul Rza küçəsində qəza qeydə alınıb.
AVESTA.AZ-in məlumatına görə, hadisə yol kəsişməsində baş verib.
Şahidlərin sözlərinə görə, "Mercedes" markalı avtomobil Toyota Prius-u gözləməyərək vurub. Zərbədən sonra "Prius" idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.