30-09-2025, 21:48 635

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra sədrlik edən bildirib ki, əvvəllər məhkəmənin hazırlıq iclasında tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimov məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını xahiş edib.

Qeyd edək ki, ötən iclasların birində təqsirləndirilən şəxs Ruben Vardanyan məhkəməyə müraciət edərək prosesdə əvvəllər tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimovun məhkəməyə dəvət olunmasını xahiş etmişdi. Məhkəmə də bununla bağlı İslam Ağakərimova bildiriş göndərməklə onu prosesə dəvət etmişdi.

Bundan sonra Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək iclas protokolu ilə bağlı məlumat əldə etmək istədiklərini deyib. Həmçinin bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatətlərlə bağlı bəzi məhkəmə qərarlarının çıxarışları onlara təqdim olunub, digərlərinin də təqdim olunmasını xahiş edir.

Hakim Zeynal Ağayev iclas protokolları ilə tanışlıq üçün müdafiə tərəfinə bundan sonra da şərait yaradılacağını deyib. Çıxarışlara gəlincə isə bildirib ki, bununla bağlı hansı qərarların surətlərini almaq istədiklərini konkret göstərsinlər.

Proses zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam edib.

Zərərçəkmiş Şair Heydərovun hüquqi varisi Camal Heydərov ifadəsində övladının düşmənin açdığı atəş nəticəsində Laçında həlak olduğunu qeyd edib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Devid Cəlilovun hüquqi varisi Sevinc Cəlilova ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində Ağdərədə həlak olub.

Zərərçəkmiş Cavid Zülfüqarovun hüquqi varisi Cavanşir Zülfüqarov ifadəsində oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş Tofiq Alıyevin hüquqi varisi Fərid Alıyev ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşi nəticəsində Xankəndidə həlak olub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Sirac Abışovun hüquqi varisi Şirzad Səmədov ifadəsində qeyd edib ki, qardaşı Kəlbəcərin Susuzluq kəndində tankəleyhinə minanın partlaması nəticəsində həlak olub. O deyib: "Qardaşım AzTV-nin operatoru idi. Partlayış zamanı qardaşımdan başqa Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyev də həlak olub, dörd nəfər isə yaralanıb".

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkən Elkin Mirzəhmədov düşmənin açdığı atəşlər nəticəsində Xocalıda qəlpə yaraları aldığını söyləyib.

Zərərçəkən Rauf Hüseynov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib ki, düşmənin minaatandan atdığı mərminin partlaması nəticəsində xəsarət alıb. Həmin vaxt bir neçə nəfər həlak olub.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkən Orxan Bələdov ifadəsində deyib ki, düşmən tərəfindən Ağdərə rayonunun Canyataq kəndində onun da içərisində olduğu avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər xəsarət alıb.

Zərərçəkən Eltun Məmmədov düşmənin açdığı atəş nəticəsində Şuşanın Daşaltı kəndində yaralandığını söyləyib.

Zərərçəkən Muxtar Əliyev ifadəsində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində Ağdamın Gülablı kəndində sağ ayağından güllə yarası aldığını, bir nəfərin isə həlak olduğunu deyib.

Digər zərərçəkən Nazir Cəlilov Şuşa rayonu ərazisində içərisində olduğu avtomobilin düşmən tərəfindən atəşə tutulması nəticəsində yaralandığını söyləyib.

Zərərçəkən Pərvin Babayev isə düşmənin artilleriya atəşi nəticəsində Şuşa rayonu ərazisində xəsarət aldığını vurğulayıb.

Zərərçəkən Emil Əliyev, Fərhad Rzayev və Əyyub Məmmədov düşmənin açdığı atəşlər nəticəsində Kəlbəcər istiqamətində xəsarət aldıqlarını deyiblər.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkən Vidadi Məmmədov bildirib ki, Laçında minatəmizləmə işləri zamanı düşmənin açdığı atəş nəticəsində xəsarət alıb.

Raqif Əliyev bildirib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdərə rayonunun Canyataq kəndində içərisində olduğu avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər yaralanıb, bəzi şəxslər isə həlak olub.

Zərərçəkən Əsgər Quliyev ifadəsində qeyd edib ki, düşmənin Şuşa istiqamətində açdığı atəş nəticəsində sağ ayağından xəsarət alıb. Bundan başqa, bir neçə nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.

Digər zərərçəkənlər - Anar Əziz-zadə, Aydın Verdiyev, Yunis İsmayılov, Valeh Məmmədov, Əli Məhərrəmov, Ceyhun Həsənzadə, Nicat Teymurov, Eltəkin Həsənov, Yəhya Quliyev, Arif Abbasov, Vüsal Hüseynov, Əli Ələkbərov, Zaur Məmmədov, Vasif Osmanov, Mehti Mürsəlov və Əlizamin İsmayılov müxtəlif ərazilərimizdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları və basdırdıqları minaların partlaması nəticəsində yaralandıqlarını bildiriblər.

Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Paylaş

Xəbər lenti

"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR